geyim

Bu yaz qızlar belə geyinəcək

Baxış sayı: 635

Son illərda podiumlar mürəkkəb dizaynla dolu idi: qeyri-adi kəsimlər, dekorativ detallar və qatlar, strazlar, kristallar və rəngli xəzlər və s. Bütün bunlar əlbəttə ki, çox təsiredici görünürdü, lakin yeni mövsüm qızlardan sadəlik tələb edəcək.

Dizaynerlər daha mürəkkəb bir şey ortaya qoymaq əvəzinə, başqa yolla getməyə və sadəliyə yönəlməyə qərar veriblər. Belə ki, sadə parçalar, sadə siluetlər 2023-cü ilin əsas trendidir. Trend, özünü ilk növbədə incə və minimalist maksi paltarlarda göstərib. “Ən böyük gözəllik sadəlikdir” mövsümün şüarı olacaq. Odur ki, pulunuzu minimalizm və funksionallığa yatırmağa dəyər. Lazımsız dekorasiya və ya qatlar yoxdur. Bu paltarlarda bir qayda olaraq üz kəsim və neytral rənglər hakimdir.

Parçalara gəldikdə, çeşid çoxdur, uzun donlar atlasdan kətəna və trikotaja qədər bir çox versiyalarda qarşımıza çıxacaq. Bu modellərdən maraqlı və romantik obraz tərtib etmək həqiqətən asandır. Onları soyuq aylarda boş jaket və ya sviterlər, dəbli hündür çəkmələrlə birləşdirə bilərsiniz, üst geyim olaraq minimalist paltolara üstünlük vermək daha yaxşı olar.

İsti havalarda isə bir cüt dəri sandal və ya sabo kifayət edəcək.

16 Arlington весна-лето 2023

Max Mara весна-лето 2023

Tod's весна-лето 2023

Peter Do весна-лето 2023

Acne Studios весна-лето 2023

Del Core весна-лето 2023

Alberta Ferretti весна-лето 2023

Valentino весна-лето 2023




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir