abs

Bu yazı Amerikada yaşamaq istəyənlər üçündür!

Baxış sayı: 1. 232

Amerikada yaşamaq bir çox ölkələrin vətəndaşlarının arzuları sırasındadır. Eləcə də azərbaycanlıların “Amerika röyası” var. Amma son illərdə bu axına qoşulanların sayı artdığı kimi, dələduzlara tuş gələn, röyasını kabusa çevirənlər də var. Bəs Amerikada yaşamaq istəyənlərin keçdikləri yol hansıdır? Daha dəqiq desək, Amerikada yaşamaq üçün hansı addımlar atılmalıdır?

Öncə ondan başlayaq ki, Amerikaya köçmək istəyənlərin ən geniş istifadə etdiyi üsul “Greencard” variantına baş vurmaqdır. “Greencard” ömürlük verilir. Onu aldıqdan sonra ABŞ-ın 50 ştatından istənilən birində yaşaya bilər və istədiyiniz vaxt digər ştata köçə bilərsiniz. Hər bir ştatda sizə bərabər hüquqlar verilir və istədiyiniz ştatda ya işləyə, ya da təhsil ala bilərsiniz.

ABŞ dövləti az gəliri olan immiqrantlara müxtəlif şəkillərdə köməkliklər göstərir. Hər bir ştatın immiqrantlar üçün müxtəlif paketləri vardır. İmmiqrantlar müxtəlif məbləğlərdə dövlətdən maliyyə yardımı, pulsuz ərzaq almaq üçün talonlar alırlar. Bundan başqa, dövlətin digər güzəştləri, məsələn, sağlamlıq, sosial sığorta, pensiya, vergilərdən azad olma və başqalarını əldə edə bilərlər.

İmmiqrantlara işlərin tapılmasında dövlət yaxından köməklik göstərir. “Greencard” sahibi olduqdan sonra istər özəl sektorlarda, istərsə də dövlət sektorlarında istədiyiniz işdə işləyə bilərsiniz. İşlədiyiniz hər bir yerdə ABŞ vətəndaşları ilə 100% bərabər hüquqlara malik olursunuz.

Daimi vətəndaş olduqdan sonra siz, ABŞ vətəndaşları kimi, istənilən məqsəd üçün (məs. maşın almaq, ev almaq və s.) sadə şərtlərə kreditlər götürə bilərsiniz.

Bundan başqa, ABŞ universitetləri dünyada ən güclü və prestijli olmalarına görə tanınıblar. Xarici vətəndaşlar üçün bu universitetlərdə təhsil almaq çox bahadır. Lakin “Greencard” aldıqdan sonra siz ABŞ-ın istənilən universitetində ya pulsuz, ya da çox güzəştli qiymətlərlə təhsil ala bilərsiniz.

Bundan başqa, “Greencard” vizasını aldıqdan sonra siz artıq ABŞ vətəndaşları ilə eyni hüquqa malik olursunuz və yerli vətəndaşlara hansı güzəştlər aiddirsə onlar sizə də şamil olunur.

Greencard ile ilgili görsel sonucu

Azərbaycanlıların “Greencard” udmaq şansı nə qədərdir?

Hazırda “Greencard” proqramında qalib gəlmək şansı təxminən 1 faizdir. Yəni 100 nəfər müraciətçidən təxminən 1-i qalib gəlir. Ümumiyyətlə, proqramda qalib gəlmək şansları coğrafi bölgələrə görə müəyyən edilir. Hansı bölgələrdən son illərdə Amerikaya az immiqrasiya olunubsa, həmin bölgələr üçün yerlər çox olur.

Afrika – 50.00%

Avropa (Azərbaycan da buraya aiddir) – 30.98%

Asiya – 15.00%

Cənubi və Mərkəzi Amerika -15.00%

Okeaniya – 50%

Şimali Amerika – 0.02%

Avropa qitəsi qaliblərin payına görə 2-ci yerdədir və Azərbaycan da oraya aiddir. Nəzərə alın ki, bir ildə bir ölkədən təxminən 3500 nəfər gedə bilər. Ötən illərdə Azərbaycandan bir ilə təxminən cəmi 300-400 nəfər gedib. Bu da onu göstərir ki, Azərbaycan az immiqrasiya edən ölkələrin içindədir və azərbaycanlıların qalib gəlmələri daha asandır. Yaxşı xəbər budur ki, nə qədər çox adam müraciət etsə, bir o qədər də yerlər çoxalır. Yəni ötən illərlə müqayisə edəndə Azərbaycandan hər il 10 qat çox adam Amerikaya gedə bilər.

Greencard ile ilgili görsel sonucu

Vətəndaşlığı itirmirsiz və Amerikada yaşayırsız

ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi pulsuz lotereya proqramına müraciət etməklə “Greencard”ı əldə etmək mümkündür. Bu proqrama qoşulmaq Amerikada (və ya xaricdə) qanuni şəkildə yaşamağın və ya işləməyin ən asan yoludur. Belədə isə “Greencard” insana çox şey qazandırır. Bunlardan biri ailə üzvlərinizlə birlikdə, Azərbaycan vətəndaşlığınızı itirmədən Amerikada daimi yaşamaqdır. Digəri Amerikada qanuni şəkildə istədiyiniz işdə işləmək və ya oxumaq, eləcə də Azərbaycanı Amerikada tanıtmaq imkanı qazanmaqdır.

Müraciət edə biləcək şəxslərin kimliyi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. 17 yaşdan yuxarı hər kəs (və ya orta məktəbi bitirmiş hər kəs) bunun üçün müraciət edə bilər. Üstəgəl, müraciət etmək üçün ingilis dili tələb olunmur.

Konqresin təsdiqlədiyi Müxtəliflik İmmiqrant Viza Proqramı hər il Dövlət Departamenti tərəfindən idarə olunur. Milliyyət və İmmiqrasiya Aktının 203-cü bölməsi (c) Birləşmiş Ştatlara immiqrasiya göstəriciləri tarixən aşağı olan ölkələrin vətəndaşları “müxtəliflik immiqrantları” adlanan viza ilə (DV) təmin edir.

Lotereyada seçilmiş ərizəçilər müxtəliflik vizası almaq üçün sadə, ancaq sərt tələblərə uyğun gəlməlidir. Kompüter ərizəçilər arasında təsadüfi seçim aparacaq.

Vizalar altı coğrafi region üzrə aparılır və hər bir regionda heç bir ölkə bir il ərzində mümkün DV lotereyalarının yeddi faizindən çoxunu ala bilməz.

Bu, işləmək üçün xarici ölkələri, xüsusən də Amerikanı “gözaltı” edən vətəndaşlarımız üçün ciddi informasiya sayılır.

“Greencard” sahibinin hansı vəzifələri var?

6 aydan az müddət olmamaq şərti ilə ABŞ-da yaşamaq. Bu tələb gələcəkdə sizin vətəndaşlıq almaq və ya rezident statusunuzun saxlanılması üçün lazımdır.

Əgər kart sahibi ABŞ-da minimum 6 ay yaşayır və qısamüddətli xarici səfərlər edirsə, bu halda heç bir problem olmayacaq. Əgər son kart sahibinin son səfərindən 6 aydan çox, ancaq 1 ildən az bir müddət keçibsə, ABŞ-a qayıdan zaman ondan niyə bu qədər uzun müddət xaricdə olduğu haqqında maraqlana bilərlər. Bu zaman rezident niyə bu qədər uzun müddət xaricdə olduğu haqda əsaslı dəlil gətirməlidir.

Əgər “Greencard” sahibi uzun müddət ABŞ-dan kənarda olacaqsa, bu zaman o, xüsusi miqrasiya sənədi “Form 131 – Re-entry Permit” (Uzun müddətdən sonra giriş icazəsi) üçün müraciət etməlidir. Əks halda kart sahibi geri dönən zaman sərhəddə problemlərlə üzləşəcək və ya onun “Greencard”ı ləğv edilə bilər.

1 ildən çox müddət ölkə xaricində olduğunuz zaman şəxsin “Greencard”dan imtina etməsi prezumpsiya əmələ gəlir, həm də vətəndaşlıq almaq məqsədi üçün yaşayış müddəti də pozulur.

Kart sahibi bütün mövcud miqrasiya qanunlarına tabedir. Bu o deməkdir ki, əgər miqrasiya xidməti şəxsin bu sənədi yalan məlumatlar, fırıldaq yolu ilə əldə etdiyi qənaətinə gəlsə və ya kart sahibi cinayət törətsə “Greencard” ləğv oluna bilər.

“Greencard” sahibi ünvanını dəyişdiyi andan 10 gün ərzində miqrasiya xidmətini bu haqqda məlumatlandırmalıdır.

Greencard ile ilgili görsel sonucu

Bu “Möcüzəvi kart”ı  əldə etmənin üsulları nədir?

“Greencard” əldə etməyin üsulları müxtəlifdir. Bunlardan ən başlıcası ailələrin birləşməsi məqsədilə həyata keçirilən miqrasiyadır. ABŞ vətəndaşları və daimi sakinləri Vətəndaşlıq və Miqrasiya işləri üzrə xidmətə müraciət edərək, öz qohumlarına miqrasiya vizasının verilməsini istəyə bilərlər.

21 yaşından yuxarı ABŞ vətəndaşı öz həyat yoldaşına, valideynlərinə, uşaqlarına və qardaş-bacılarına görə müraciət edə bilər. ABŞ-ın qanuni daimi rezidentləri (kart sahibləri) öz həyat yoldaşlarına və 21 yaşına çatmamış, subay övladlarına miqrasiya vizasının verilməsinə müraciət edə bilərlər.

ABŞ-da daimi yaşayış sənədi sahiblərinin sayı illik kvota ilə məhdudlaşdırılır və ilə 480 000-dən çox ola bilməz.

İkinci üsul EB-1/EB-2 vizaları üzərində iş miqrasiyasıdır.

Bu üsul menecerlər və beynəlxalq şirkətlərin idarəçilərinə uyğundur. Bu vizalar miqrasiya xətti ilə verilir və onun əsasında daha sonra “Greencard” əldə etmək mümkündür. Bu isə əməkdaşa daimi iş əsasında ABŞ-a istənilən zaman gəlib-getmək imkanı verir.

EB-1 vizasını əldə etmək üçün ABŞ-dakı şirkət ən azı 1 ilə ərzində əhəmiyyətli əməliyyatlar həyata keçirməlidir. Bu vizanı əldə etmək istəyən əcnəbi şəxsin həmin şirkətdə vəzifəsi idarəedici və ya rəhbərlikdə olmalıdır.

Eyni zamanda müraciət edənin (ərizəçinin) şirkətində ona tabe olan kifayət qədər işçisinin olması tələb olunur. Bundan əlavə namizəd ABŞ səfərindən 3 il əvvəl ixtisaslaşmış xarici şirkətdə 1 il ərzində menecer və ya rəhbər vəzifəsində çalışmış olmalıdır.

Bir qayda olaraq əcnəbi şəxsi işə dəvət edən amerikalı şirkətin illik gəliri 70000 dollardan az olmamalıdır. Bu göstərici şirkətin ərizəçiyə (dəvət etdiyi xarici əməkdaşın) əmək haqqını qarşılayacağının sübutudur.

İnvestor vizası üzrə miqrasiya imkanları da mövcuddur. EB-5 vizası da miqrasiya xətti ilə verilir və onun da əsasında daha sonra “Greencard” əldə etmək mümkündür. Müəyyən məbləği ABŞ-a yatırdıqdan və həmin vəsaitin qanuni mənbədən əldə olduğunu təsdiqlədikdən sonra bu sənədi əldə edərək, bütün ailənizlə ABŞ-a immiqrasiya edə bilərsiniz.

EB-5 vizasını əldə etmək istəyən şəxsin investisiyası ABŞ-da 10 iş yeri (açmalı) yaratmalıdır. Bu üsul kifayət qədər böyük maliyyə vəsaiti tələb edir, lakin öz biznesini idarə etmək istəməyən, ancaq ABŞ-a köçək arzusunda olanlar üçün ən gözəl variant məhz budur. Bu vizaya daxil önəmli üstünlükər ərizəçidən milliyyət, dil biliyi, xüsusi iş təcrübəsi və ya təhsilin tələb olunmamasıdır.

TEA (yüksək işsizlik səviyyəsi) və ya kənd təsərrüfatı kateqoriyasına aid layihəyə investisiyanın məbləği 500 min dollardır. Qeyri-TEA kateqoriyası layihələrində isə bu rəqəm 1 milyon dollardır.

Bundan əlavə, siyasi sığınacaq və ya lotereyada qalib gələrək, “Greencard” əldə etmək variantları var. Lakin biz onları nəzərdən keçirməyəcəyik, çünki onlar etibarlı variant deyillər. Misal üçün, ABŞ Dövlət Departamentinin məlumatına görə, 2013-cü il üçün 12 milyon lotereya iştirakçısından cəmi 105 min nəfəri “Greencard” qazanıb.

Dələduzların əlinə düşməmək üçün çıxış yolları

Amma bəzi hallarda dələduzların da əlinə düşmək mümkündür. Bu zaman anketi doldurmaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:

Ən başlıcası ABŞ Dövlət Departamentinin rəsmi saytında qeydiyyatdan keçməkdir – http://dvlottery.state.gov/ ttps://dvlottery.state.gov/(S(cj0nor44vveeof3p04y41sds))/default.aspx

Anketin doldurulması zamanı sizdən inanılmaz məbləğ istəyən və ya müsabiqənin nəticələrinə təsir edə biləcəklərini deyən sayt və ya təşkilatlara inanmaq olmaz. Unutmayın, bundan başqa, biz şəxsi məlumatlarımızı üçüncü şəxsə verməklə özümüzü riskə atırıq.

“Greencard”da iştirak tamamilə ödənişsizdir.

Tez-tez elə olur ki, həmin kontorlar hər il sizin məlumatlarınızdan istifadə edir və bir neçə il sonra uğur qazanmaq üçün qeydiyyatdan keçmək istəyəndə sayta dərhal sizi bloklayır.

Diqqət yetirmək lazımdır ki, bütün məlumatlar sizin xarici pasportunuzdakılarla eyni olmalıdır. Səhvlər sistemin sizdən şübhələnməsinə və müraciətdən imtinaya səbəb ola bilər.

Həmçinin unutmaq olmaz ki, təsadüfi lotereyalar “Greencard”ın qazanılmasına zəmanət verə bilməz. Bundan başqa, bütün zəruri sənədləri toplamaq və müsahibə mərhələsi kimi çətin yolu keçmək lazımdır. Siz bunlarla yanaşı, tibbi yoxlamalardan keçməli olacaqsınız.

Əgər düşünürsüzsə ki, “Greencard”ı udmaqla pulunuz olmadan ABŞ-a köçə biləcəksiz, yanılırsız.

“Greencard” sizə ABŞ vətəndaşlarına verilən qədər hüquqlar təqdim edir. Dövlət sizi yaşayış yeri və işlə təmin etmir. Amerikaya köçən zaman özünüzü əsrlər əvvəl bura gələn ilk miqrantlar kimi hiss edəcəksiniz.

Greencard Trump ile ilgili görsel sonucu

Tramp Amerika röyasını necə çətinləşdirir?

ABŞ prezidenti Donald Tramp vətəndaşlıq haqqında qanuna dəyişiklik etmək niyyətindədir. Bu barədə D.Tramp ötən ilin sonlarında HBO telekanalındakı “Axios” sənədli serialı üçün verdiyi müsahibədə söyləyib. Dəyişiklik ABŞ-da doğulan miqrant uşaqlarının artıq ABŞ vətəndaşlığı almayacağını nəzərdə tutur. ABŞ prezidenti qeyd edib ki, hamı ona bu qərarı qəbul etmək üçün konstitusiya dəyişikliyinə ehtiyac duyulduğunu bildirib.

“Amma bilirsiniz, nədir? Buna ehtiyac yoxdur. Fərman imzalamaqla, bununla da Konqresin aktından yayınmaqla bu barədə qərar qəbul edə bilərəm”, – D.Tramp vurğulayıb. Amerika lideri həmçinin ABŞ vətəndaşlığı olmayan şəxslərin Birləşmiş Ştatlara gəldikdən sonra uşaq sahibi olmaqla yeni doğulanlara avtomatik ABŞ vətəndaşlığı qazandırması halını gülünc adlandırıb.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir