telefon

Bu yazı smartfonu olanlar üçündür!

Baxış sayı: 457

Smartfonlardan düzgün istifadə etmirsinizsə, bu, ətrafdakılara saymazlıqdır. Smartfonlardan düzgün istifadə qaydalarını hər kəsin bilməsi yaxşı olar. Bu, sizin ətrafdakılara nəzakətlə yanaşdığınızı göstərəcək. Əks halda siz ətrafdakıların hüquqlarını, dincliyini pozmuş olacaqsınız, bu isə ictimai yerlərdə düzgün davranış qaydalarına ziddir. Beləliklə, mütəxəssislər smartfonu olanlara bunları məsləhət görür:

1) Hərəkətdəykən, ictimai nəqliyyatda, avtomobil yolunu keçərkən gözlərinizi smartfona zilləməkdən vaz keçin. Çoxumuz, “mən yolu görürəm”, deyib fikrini eyni anda bir neçə istiqamətdə cəmləyə bildiyi ilə öyünməyə çalışır. Lakin unutmayın ki, indiyədək yolda qəzaya düşməməyiniz sadəcə, şans əsəridir. 99 haldan hətta 1-i sizin üçün ölümcül ola bilər. Üstəlik, başqasını narahat edə, toxuna, əzə, yıxa da bilərsiniz.

2) İctimai yerlərdə mobil telefonun səsini qısın. Qulaqcıqdan istifadə edin, qulaqcıq taxmısınızsa, onun da səsini azaldın ki, ətrafa yayılmasın. Bu, ətrafdan sizə tuşlanmış narazı, qəzəbli baxışların qarşısını alar.

3) Telefona daxil olmuş məlumatlara tez cavab verin. Cavabın gecikməsi qarşı tərəfə saymazlıq əlamətidir. Qarşı tərəf sizin ona marağınızın olmadığını, ya da məlumatın gərəksiz olduğunu zənn edəcək. Hansısa tədbirdə, görüşdə olmaq isə qaydaları dəyişir. Belə şəraitdə mobil telefonla danışmaq görüş və tədbir iştirakçılarına hörmətsizlik əlamətidir.

TELEFONLA SEKIL

4) Ailənizlə, dostlarınızla, həmkarlarla bir masa arxasında əyləşmisinizsə, telefonu kənara qoyun. Ailə üzvlərinin, dostların əhatəsində gözünü mobil telefondan ayırmamaq hörmətsizlik əlamətidir. Heç olmasa, smartfonu üzü üstə masaya qoyun.

5) Nahar zamanı smartfonu kənara qoymalısınız. Yemək masasında mobil telefon olmamalıdır.

6) Əgər kiminsə sizi narahat etməsini istəmirsinizsə, smartfonu söndürə, ya da “təyyarə” rejiminə keçirə bilərsiniz. Bu, israrla zəng edən kimsəyə cavab verməməkdən daha yaxşıdır.

7) Başqasının telefonuna baxmaq, orada yazılanları, göndərilən mesajları, fotoları görməyə can atmaq da nəzakət qaydaları xaricindədir. Başqasının telefonuna gözucu baxmağa belə cəhd etməyin. Kəskin reaksiya ilə qarşılaşa bilərsiniz.

8) Namünasib vaxtlarda kiməsə zəng etməyin. Axı siz də bundan narahat olursunuz. Özünüzə rəva bilmədiyinizi, başqasına necə rəva görə bilərsiniz?

TELEFON

 

9) İctimai yerlərdə, hamının izlədiyi bir halda foto çəkdirmək də davranış qaydalarına ziddir. Siz foto çəkərkən obyektivə düşməyi arzulamayan birisini “təsadüfən” çəkmiş olacaqsınız.

10) Ticarət mərkəzində, alış-veriş edərkən mobil telefonla danışmaq kassa aparatı qarşısında növbə gözləyənlərin əsəblərinə toxunacaq. Boş yerə qınaq obyektinə çevrilməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir