GEYIM

Bu yazın dəbli geyimləri, rəngləri hansılardır?

Baxış sayı: 585

Artıq yaza çox az qalıb və insanları ən çox maraqlandıran şeylərdən biri də bu sezonun dəbdə olacaq geyimləridir. Bir çoxları bu ilin trendləri ilə maraqlanır, isti günlərə hazırlaşır. Nyu York, London, Milan və Parisdə keçirilən moda həftələrinin “street” üslublarına nəzər salsaq, bu il də əsasən “oversize” geyimlər, dəri parçalar, cinslər dəbdən düşməyəcək.

Həm kişi, həm də qadınlar üçün gündəlik geyimlərdə rastlaşacağımız əsas tendesiyalardan biri süni dəri materialında olan paltarlardır. Uzun dəri gödəkcələr, şalvarlar və onlarla edilən kombinlər bu mövsüm qızıl dövrünü yaşayacaq. Dəri paltarları seçərkən əsasən onların qara və qəhvəyi rəngli olmasına fikir verilməlidir. “Vintage” üslubunda olan bu geyimlər ən çox geyilənlər arasında olacaq.

Başdan aşağı eyni rəngli geyimlər də bu yaz sezonu aktualdır. Əsasən də qırmızı, açıq yaşıl və bənövşəyi rənglər mövsümün ən diqqət çəkən çalarları arasındadır.

Sadəliyi sevənlər üçün fransızlar “zəhmətsiz” adlandırdıqları cins şalvar, köynək və uzun plaş kombini istənilən mühitdə dəbli görünməyinizə yardım edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir