Artıq yaz fəslidir və hər bir xanım bu mövsümdə daha dəbli geyinməyi, seçilməyi arzulayır. Bəs bu mövsümdə saç modelləri, geyimlər, çanta, aksessuar dəbi necə olacaq?
Məlum olduğu xanımların ən önəmli aksessuarı saçlarıdır. Hər bir saç modeli xanımların xarakterini ifadə edir. Beləliklə bu il yenə də rəngli saç modellərinə rast gələcəyik. Çəhrayıdan maviyə, bənövşəyidən qırmızıya çalan və bir çox bu kimi rənglər dəbdə olacaq. Bununla yanaşı, o cümlədən qəhvəyi, şokolad rənginə yaxın saç boyaları hər zamankı kimi ideallığını qoruyub saxlayacaq.
Dalğalı saçlar ötən illərə nisbətən daha da dəbdə olacaq. Saçlara romantik əhval-ruhiyyə verən dalğaları saçı ya hörməklə, ya da xəfifcə saç fenləri əldə etmək olar.
2019-cü ilin yaz saç modelləri arasında geriyə daranmış saçlar da əsas yer tutacaq. Alnı açıq buraxan bu saç modeli xanımlara daha cəsur və iddialı bir görünüş verir. Bu zaman üzün makiyajı da daha qabarıq şəkildə önə çıxır. Bu cür saç modelləri əsasən mərasimlərdə itifadə olunacaq.
Qalın və qabarıq kronlardan isə gündəlik saç modellərində görə biləcəyik. Həmçinin saç uclarında bantlardan da istifadə olunacaq.
Geyimlərə gəldikdə, bu il uzun və geniş ətəklər dəbdə olacaq. Hələ yaz mövsümü başlamazdan artıq brend mağazalarda uzun ətəkli donlar satışa çıxıb. Onların arasında açıq yaşıl, açıq göy, mavi və qırımızı rənglər üstünlük təşkil edir. Ümumiyyətlə, bu il yaz geyimlərində qırmızı rəngə daha çox üstünlük veriləcək. Həm ətəklərdə, həm də pencəklərdə qırımızı rəngin çalarlarına rast gələcəyik.
Cins şalvar və pencəklər həmişəki kimi bu il də də dəbdə olacaq. Yalnız ötən illərə nisbətən bu il cins geyimləri daha açıq göy, ağ rəngdə zövqləri oxşayacaq.
Bu mövsüm daha iri çantalardan istifadə olunacağı gözlənilir. Toxunma çantalar da yenidən dəbdə olacaq. Əsl yenilik isə ikili çantaların ortaya çıxmasıdır. Əlbəttə ki, günümüzdə ofis, gündəlik işləri ilə bağlı bəzən bir çanta xanımlar üçün yetərli olmur. Bunun nəzərə alaraq moldelyerlər yenilikcə ikili çantalar yaradıb. Beləliklə, tək bir çanta ilə yetməyənlər artıq ikili çanta almaqla özlərinə lazım olan əşyaları yanında gəzdirə biləcək.
Yazın gəlişi ilə havalar isindikcə bot çizmələr çıxarılmağa başladı. Onların yerini isə düz dabanlı ayaqqabılar aldı. Adətən düz dabanlı ayaqqabılardan həm qısa, həm də uzun boylu xanımlar istifadə edir. Bu cür ayaqqabıların əsas önəmi isə ondan ibarətdir ki, həm ətək, idman, həm də klassik geyimlərdə xanımları gözəl göstərir.