Həzm problemləri yaşamamaq üçün diqqət etməniz gərəkən məsləhətləri təqdim edirik.
– Günə səhər yeməyində diqqətli olmaqla başlayın. Süd+yulaf əzməsi və ya süd+meyvə və ya nazik dilim tam buğda çörəyi + dilim pendir ilə hazırlanmış yağsız tost+mövsüm göyərtilərindən ibarət yüngül bir səhər yeməyi yeyin.
– Günorta yeməyi üçün zeytun yağlı tərəvəz yeməyi + ayran+ az şorba+ salat.
– Axşam yeməyinə kimi arada atışdırma etməyi də unutmayın. Bu, axşam tez doymanıza kömək edəcək.
– Yeməkləri yavaş-yavaş, yaxşıca çeynəmək və yeməklə bərabər içiləcək 1-2 stəkan su daha tez doymanıza kömək edəcək
– Axşam yeməyinin karbohidrat və protein dəyərinin nizamlı olmasına diqqət edin. Bunun üçün süfrənizdə 4 əsas qidaya (ət, süd, taxıl, tərəvəz, meyvə) önəm verin.
– Qırmızı ət yerinə hinduşka, qaz, ördək, toyuq, balığa üstünlük verin. Yağ əlavə etmədən, qızartma, qaynatma, buğlama sobada, ya da tavada yağsız bişirməyə üstünlük verin.
-Hinduşka dolması bişirin. Hinduşka aşağı kalorli olduğu üçün sağlıqla yeyilə biləcək bir qidadır. Hinduşka dolmasını düyü yerinə bulğur ilə bişirə bilərsiz.
– Süfrədə plov və makaron mümkünsə olmasın.
– Tərəvəzli, pendirlə hazırlanmış qəlyanaltılar mütləq olsun.
– Şirniyyat yeməkdən 1 saat sonra yeyilməlidir. Ağır, şərbətli şirniyyatlar yerinə südlü, meyvəli şirniyyatlar yeyin.
– İçki ac qarına içilərsə, beyinə aclıq siqnalları göndərir. Az da olsa için, ancaq tox qarına.
– 2 qədəh ağ, qırmızı şərab ən ideal seçimdir. Fərqlilik sevənlər, 2 qədəh şampan, 2 qədəh likör, 1 qədəh brandy, 4 qədəh vermut, 1 qədəh tekila, 1 dubl araq, 1 tək viski, 1 qədəh vodka, 1 şüşə pivə içə bilər.
– Axşam yeməyini erkən saatlarda edin.
– Yeməkdən sonra bədəninizi dincəltmək üçüm 30-40 dəqiqə açıq havada gəzin. Tez yatın.
– Mədəni rahatlatmaq üçün raziyana, anason, bədənin dincəlməsi üçün çobanyastığı kimi bitki çayları için. (ailem.az)