Diyetoloqlar bildirib ki, bəzi qidaları təkrar-təkrar isitmək olmaz. Çünki bu, həzm problemlərinə, hətta qida zəhərlənmələrinə yol aça bilər.
“Gencaile.az” “Publika.az”-a istinadən həmin qidaların siyahısını təqdim edir:
2 saatdan sonra bakteriya istehsal etməyə başlayır
Otaq temperaturunda saxlanılan yeməkləri yaxşı qaba, məsələn şirli qazanlara qoyub saxlayın. Ən əsası, bişmiş yeməkləri 2 saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Çünki bakteriya istehsal edə bilərlər. İsitdiyiniz zaman yeməyi heç zaman qaynatmayın. Qoxusu gəlirsə, deməli, yemək artıq isinib.
Qiymə
Çiy qiyməni soyuducuda 4 aydan çox saxlamayın. Bişmiş və ya qızardılmış əti isə soyuducuda 2 -3 aydan artıq saxlamaq olmaz.
Sağlam qidalanma təşkilatının araşdırmasına görə, kahı, yumurta, pomidor kimi qidalar da ən riskli qidalar arasında yer alır. Risk qrupundakı bu yeməkləri yaxşı təmizləmək və bakteriyaları təsirsiz hala gətirdikdən sonra yemək təklif edilir. Yerfısdığı isə allergiyaya səbəb olan qidalar siyahısındadır.
Kolbasa
Amerika Uşaq Xəstəlikləri Akademiyasının araşdırmasına görə, kolbasalar, uşaqlarda boğulma təhlükəsini artırır. 10 yaşına qədər uşaqlarda rastlanan qidalanma ilə bağlı yaranmış boğulmaların 20 faizi kolbasalar üzündən meydana gəlir.
Göbələk
Xüsusilə, ağ rəngli göbələk növlərini həddindən artıq yedikdə tərkibindəki yüksək civə hamilə və uşaqların sinir sistemi inkişafına mənfi təsir göstərə bilər. Təbiətdə bitən göbələk növlərindən bəziləri isə zəhərlənmələrə və hətta ölümə yol açır. Təhlükəsiz olduğuna əmin olmadığımız göbələkləri yeməyin.
Yumurta
Yumurta bir çox insanın əsas qida maddələrindən biridir. Ancaq beynəlxalq sağlamlıq təşkilatının açıqlamasına görə, salmonella adlanan təhlükəli virusların böyük bir qismi yumurta istehlakı ilə əlaqəlidir. Bu zərərli bakteriya yumurtaların içində çoxalır. Uzun müddət saxlanan yumurtalar vasitəsilə insanlara yoluxur. Bu səbəbdən, yumurtaları yaxşı bişirmək və soyuducuda mühafizə etmək lazımdır.
İstirdiyyə
Bahalı restoranlarda təqdim edilən ləzzətli istirdiyyələri düzgün saxlamadıqda bir çox xəstəliyə səbəb olur. İstirdiyyələr okean dibinə yapışıb sudakı planktonları süzərək qidalanır. Əgər filtr etdikləri su kirli olarsa, istirdiyyənin özü də çirklənmiş olur.
Qəhvə
Bir çoxumuzun gündəlik həyatda ən çox içdiyi qəhvə də risk daşıyır. Qəhvə dişlərin saralmasına, gecələr yuxusuzluğa, orqanizmin su ehtiyatının azalmasına səbəb olur.
Yaşıl rəngli tərəvəzlər
Kahı da ən faydalı tərəvəzlərdən biridir. Ancaq o da riskli qidalar sıyahısına daxildir.
Yalnız kahı deyil, kələm və ispanaq da ən təhlükəli qidalar arasındadır. Orqanizmdə bir çox bakteriyalar və viruslar yaxşı yuyulmamış tərəvəzlərdən keçir. Buna görə də, onları yeməzdən əvvəl mütləq yaxşıca yumaq lazımdır.