“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə bulqur plovunun hazırlanma qaydasından bəhs edəcəyik.
Tərkibi:
2 xörək qaşığı bitki yağı
2 xörək qaşığı tomat pastası
2 stəkan bulqur
4 stəkan su
Hazırlanma qaydası:
Tavada tomat pastasını bitki yağında bişiririk. Sonra üzərinə isltadığımız 2 stəkan bulquru, 4 stəkan suyu və duz əlavə edib su çəkilənə qədər bişiririk. Hazır olduqdan sonra üzərinə zirinc əlavə edib servis edirik.
Nuş olsun!
Hazırladı: İlahə Atəş