pizza

Bundan sonra ancaq bu pizzanı bişirəcəksiniz

Baxış sayı: 327

Ev şəraitində hazırlanan pizza əsl kulinariya şah əsərinə çevrilə bilər. Bu reseptə uyğun bişirilən pizza o qədər dadlı olacaq ki, artıq heç vaxt sifariş etməyə ehtiyac qalmayacaq. Üstəlik, içliyini (qatıqlarını) öz zövqünüzə uyğun seçə bilərsiniz.

 

Tələb olunan məhsullar:

Su – 50 millilitr

Un – 130 qram

Yumurta – 1 ədəd

Bitki yağı – 1 çay qaşığı

Duz – 0,5 çay qaşığı

Hazırlanma qaydası:

Bu pizza resepti ən sadə və sürətli üsullardan biri hesab olunur, çünki xəmirin mayalanması üçün gözləməyə ehtiyac yoxdur. Suyu bir qədər isidin. Yumurta, duz və yağ ilə qarışdırın. Daha xoş ətirli dad əldə etmək üçün bitki yağını zeytun yağı ilə əvəz edə bilərsiniz.

Unu ələkdən keçirin və hazırladığınız maye qarışıma əlavə edin. Xəmiri 15-20 dəqiqə ərzində yoğurun, ta ki, yumşaq və elastik hal alana qədər. Sonra, içlik hazırlayana qədər xəmiri bir az dinləndirin.

Xəmiri nazik şəkildə yayıb üzərinə sous çəkin və istədiyiniz inqrediyentləri düzün. 180°C temperaturda 15-20 dəqiqə bişirin. Bu qədər asan!

Nəticədə, dadına doyulmaz ev pizzası əldə edəcəksiniz.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir