Derman

Bunlar hamilə qalmaq şansını azaldır – ARAŞDIRMA

Baxış sayı: 1. 973

Əksərən şəkər tozu, ya qənd yerinə süni dadlandırıcı istifadə etməyin sağlıq baxımından doğru olduğu düşünülsə də, kalorisi azaldılmış yemək və içkilərin tərkibində gizli təhlükənin olmasından kimsənin xəbəri yoxdur.Belə ki, pəhriz içkiləri və süni dadlandırıcıların hamiləliyə mane olduğu ortaya çıxıb.

“Gencaile.az”-ın məlumatına görə, süni şəkər qatılmış soyuq içkilərin və isti içkilərə qatılmış süni dadlandırıcıların qadının ana olma potensialına mənfi təsir etdiyi bildirilir. Xüsusilə süni mayalanma müalicəsi alan qadınlara xəbərdarlıq edilir.

Bildirək ki, hazırda ABŞ-da təsdiqlənən 3 növ enerji ehtiva etməyən süni dadlandırıcı vardır. Bunlar aspartam, sakar və asesülfam K’dır. FDA tərəfindən təsdiqlənən sukralaz, alitama və siklamat süni dadlandırıcılarla bağlı araşdırmalar artıq yekunlaşıb. Əgər aldığınız məhsulun “içindəkilər” hissəsində glikoz siropu, fruktoz siropu, misir siropu və aspartam kimi maddə adları yazılıbsa, süni dadlandırıcı istifadə edilib demək. Pəhriz məhsullarının çoxunda süni dadlandırıcı istifadə edilməkdədir. Süni dadlandırıcılar isə xüsusilə bel bölgəsində yağlanılmaya səbəb olmaqdadır.

 

Dadlandırıcılar iki qrupa bölünür:

1. Enerji tərkibli
Fruktoz, sorbitol, Mannitol, Ksilitol
2. Enerji tərkibsiz

Aspartam, Asesülfam-K, Sakar, Siklamat

 

Gündəlik həyatda sıx olaraq süni dadlandırıcı daha çox istifadə edən qadınların hamilə qalmaq şansı azdır. Çünki belə qadınlar daha pis yumurtalıq və embrion keyfiyyətinə malik olur. İsti içkilərə qoyulan süni dadlandırıcılar isə embrionlarda deformasiyalara səbəb olur.

Onu da qeyd edək ki, süni dadlandırıcılar kiçik uşaqların qidalanmalarında istifadə edilməməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir