suallar

Bunları bilirdinizmi? – MARAQLI

Baxış sayı: 1. 987

İnsan gün ərzində çox iş görür. Onların arasında elələri var ki, gündə bir neçə dəfə edir. Ancaq həmin işlərin sayına fikir vermir. Məsələn, yəqin ki, heç birimiz indiyədək neçə dəfə yatdığımızı, intim əlaqələrimizin sayını, internet vasitəsilə tanışlıqlarımızın hesabını bilmirik. Yaxud, gündə neçə dəfə ağlayıb, nə qədər güldüyünü bilən varmı?

Qərb mətbuatı insanın hər gün təkrarladığı, ancaq sayını bilmədiyi bir çox hərəkətinin statistikasını yayıb.

“Gencaile.az” “Publika.az”-a istinadən həmin maraqlı statistikanı təqdim edir.

Orta hesabla uşaqlar gün ərzində 400, yaşlılar isə 15 dəfə gülür.

66 faiz insan öpüşərkən gözlərini yumur. Qalanları isə öpüşərkən  partnyorlarının emosiyasını izləməyi xoşlayır.

Orta hesabla hər insan ömrü boyu 20160 dəqiqə və ya 14 gün öpüşür.

Hər 5 nəfərdən ikisi ilk sevgisi ilə ailə qurur.

Qadınlar avtomobili kişilərdən yaxşı park edə bilir.

Qadınların 90, kişilərin isə 75 faizi ictimai tualetdən istifadə etdikdən sonra əllərini yuyur.

65 faiz insan öpüşərkən başını sağa əyir.

Orta hesabla 20-70 arası hər kəs 600 saat və ya 25 gün sekslə məşğul olur.

Hər qadının həyatında orta hesabla 4 intim partnyoru olur.

5 il ərzində qadının istifadə etdiyi dodaq boyası onun özü boyda hündürlüyə  malikdir.

Ən alçaqboy yaponlar, hündürboylar isə hollandlardır.

İngilislər çayı dünyanın istənilən digər ölkəsinin sakinlərindən çox içir. Məsələn, amerikalılardan 20 dəfə çox çay içirlər.

Hər insan ömrü boyu 3000 dəfə sekslə məşğul olur.

İnsan həyatı boyu 2 su hovuzunu doldura biləcək qədər tüpürcək ifraz edir.

Əksər insanların kipriklərində mikroskopik demodeks birəsi yaşayır. Onun ayaqları və ağzı da var.

İnsan ömrü boyu orta hesabla 5 ekvator xətti uzunluğunda yol gedir.

İnternet vasitəsilə tanışlıq saytlarında ünsiyyət quran kişilərin  35 faizi evlidir.

Orta hesabla insan 7 dəqiqəyə yuxuya gedir.

Yeni dünyaya gələn körpələrin ilk 3 ayında göz yaşı axmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir