Əgər evinizin hazırki halından sıxılmısınız və onu dəyişdirmək istəyirsinizsə, “Gencaile.az” saytının “Evin işi” rubrikasında təqdim etdiyimiz bu tövsiyələr işinizə yarayacaq.
Qızıldan istifadə
Parlayan aksessuarlar hazırda dizayn aləmində çox dəbdədir. Siz də parlaq qızıl və bürünc rəngli əşyalarınızı mətbəxinizin mərkəzinə qoya bilərsiniz.
Heyvan fiqurları
Heyvan fiqurları olduqları məkana meşə, ya da bir ovçu klubu kimi təəssürat yaradır.
Dünyanızı rəngləndirin
Boyanmamış sadə əşyalara vida edin! Bunun üçün üç rəngli əşyalardan istifadə edə bilərsiniz.
Kitab rəfinizi yeniləyin
Son zamanlarda hər kəs kitablıqlarını yeniləməyə və fotolarını sosial şəbəkələrdə yaymağa başlayıb. Siz də kitab rəfinizin üstünə ən sevdiyiniz kitablarla yanaşı sevimli aksessuarlarınızı qoyaraq, fərqlilik yarada bilərsiniz.
Təbaşirləyin
Qara taxtaların populyarlığı son zamanlarda artdı. Siz də adi olan həmin qara taxtaların üzərinə təbaşirlə alış-veriş siyahısı yazaraq fərqlilik edə bilərsiniz.
Bir az tül, bir az eşq
Otağınızı tüllərlə bəzəmək oraya romantik bir abu-hava verəcək.
Retrodan qaçmayın
Orta əsrlərdəki əşyalar diqqətinizi çəkir və moda deyildir deyə üzülürsünüzsə, yanılırsınız.
Boz rəng
Otağınızda açıq və boz rənglərdən istifadə edərək rahat bir ortam yarada bilərsiniz.
Ətrafı çiçəklə təzələyin
Bir otağa ancaq təzə çiçəklərlə dolu bir güldanla son nöqtəni qoya bilərsiniz.
Uşaqlarınızın otağını daha əyləncəli hala gətirin
Uşağınızın otağını rəngarəng edin. Uşaqlarınızın oynamasına çox yer qalması üçün əşyaları qoya biləcəyiniz bol rəfli mebellər seçin.
Köhnə əşyalarınızı yeni kimi göstərin
Əşyalarınızı asanca yeniləmək üçün köhnə əşyalarınızla yeni sadə vasitələri kombinləyə bilərsiniz.
Parlaq rənglərdən istifadə edin
Açıq və gözəl rəng adi otağı bir anda dəyişə bilər.
Hazırladı: FATEH