qablar

Bunları etsəniz, Yeni İldə eviniz sevgi və xoşbəxtliklə dolacaq, rifahınız yaxşılaşacaq!

Baxış sayı: 1. 497

Heç nə vaxtsa insanlarının yarısının xoşbəxt, digər yarısının isə uğursuz olmasının səbəbləri barədə düşünmüşünüz? Bəziləri bunu tale ilə izah edir və hesab edir ki, onu dəyişmək olmaz. Və yalnız müdrik çinlilər inadla sübut edib ki, bütün məsələ bizi əhatə edən enerjidədir.

Özünü aqressiya və dağıdıcı enerji “şa çi” ilə əhatələyən insan bütün neqativləri özünə çəkməklə yalnız öz həyatını çətinləşdirir. Bu da nəticə etibarı ilə problemlər yaradır, bədbəxtlik gətirir, hətta bəzən fəlakətə səbəb olur.

Bununla belə durğunluq enerjisi kimi tanınan “si çi” də kifayət qədər təhlükəlidir. O, insanda soyuqluq, həyata və ətrafdakılara qarşı laqeydlik hissi aşılayır. Evdə belə bir enerjiyə malik olan əşyalar saxlamaq, həyat stimulunu itirməyinizə səbəb ola, eləcə də şəxsiyyət kimi inkişaf etməyinizə mane ola bilər.

Bütün bunların əksinə olaraq müsbət enerji – “şen çi” evə dinclik, sevinc, həyat və yaratmaq eşqini gətirir.

Sağlamlıq, xoşbəxtlik və həyat enerjisini əldə etmək üçün ilk növbədə evimizi mənfi və durğun enerjidən azad etməliyik. “Gencaile.az” “Publika.az”-a  istinadən xəbər verir ki, çin inanclarına görə, evin aurasının təmizliyi sınmış və çatlamış qablar, köhnə əşyalar və süni güllərdən asılıdır. Odur ki, rifahınızı yaxşlaşdırmaq istəyirsinizsə, xüsusi ilə Yeni İl ərəfəsi köhnə əşyalardan xilas olmaqda fayda var.

Sınmış qab-qacaq

Demək olar ki, hər birimizin evində prinsipcə, öz funksiyasını yerinə yetirə bilən sınmış, çatlanmış kasa və boşqab tapılar. Özü də o qabları ya bəyəndiyimiz, ya da çox öyrəşdiyimiz üçün atmağa əlimiz gəlmir. Bununla belə, fen-şuy Çin fəlsəfəsinə görə, çatlamış və sınıq qab-qacaqlarda mənfi enerji yığılır və şübhəsiz ki, onlar gələcək həyatımıza təsir edir. Əgər özünüzü təhlükəyə atmaq istəmirsinizsə, belə qablardan tez qurtulun. Yadda saxlayın ki, qablar sərvət bərəkət rəmzidir, deməli, sınıq qablar ev sahibinin taleyində də rol oynayacaq. Bu da müsbət istiqamətdə olmayacaq. Odur ki, evinizi yalnız sevinc və müsbət enerji ilə dolduran gözəl qablar istifadə edin.

Köhnə ayaqqabı və paltar

Hər bir evdə nimdaş sviter, bir cüt ayaqqabı, bir düyməsi düşmüş köynək və ya köhnə palto var. Bir çox insan belə şeyləri gələcəkdə istifadə edə bilmək arzusu ilə evdə saxlayır. Lakin bir qayda olaraq, köhnə əşyalar rəfdə yığılıb qalır. İstifadə olunmayan köhnə əşyalar öz mənfi enerjisini evə yayır, insanın həyatda məqsədinə nail olmasına mane olur, ev sahibini süstlük və fəaliyyətsizliyə doğru aparır. Bu vəziyyətlə barışmaq olmaz, ona görə də evdən köhnə ayaqqabı və başqa pltarların dərhal yığışdırılması lazımdır. Paltarı və ayaqqabıları zibilliyə atın. Çinlilər hesab edir ki, bu ayini həyata keçirən qız çoxdan gözlədiyi yarını tapacaq və tezliklə ərə gedəcək, yaxud da perspektivli iş sabah tapacaq. Bunu özünüz də yoxlayın və siz müsbət dəyişiklikləri mütləq görəcəksiniz! Unutmayın ki, qidaların istifadə müddəti olduğu kimi paltarın da müəyyən ömrü olur. Və o müddəti keçmək yalnız sizə ziyan vuracaq.

Süni güllər

Bəzən insanlar otağı süni güllərlə bəzəməyi sevir. Lakin çox az adam bilir ki, şərq fəlsəfəsi fen-şuy evdə süni güllər saxlamağı qəti qadağan edir. Onlar mənfi enerjini maqnit kimi özünə tərəf cəzb edir. El arasında əbəs yerə deyilmir ki, təbii güllər dirilər, ölüləri isə ölülər üçündür. Süni güllərə ölü deyilir, ona görə də ölüm rəmzi olan belə güllər hər bir ev üçün ciddi təhlükə kəsb edir. Yeri gəlmişkən, hətta aloe dibçək bitkisi də evə mənfi enerjini yayır. Onu qonaq və yataq otağında, o cümlədən mətbəxdə saxlamağa dəyməz, ən yaxşısı eyvanda yerləşdirməkdir.

İnanmaq istərdik ki, fen-şuy təlimləri sizə faydalı olacaq, gələn il eviniz müsbət enerji ilə dolacaq və yalnız xoşbəxtlik gətirəcək.

Qeyd: Fen-şuy qədim Şərq fəlsəfəsi olub insanın həyatında energetik tənzimlənməni öyrənir, uğuru cəlb etməyin sirlərini aşılayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir