burc

Bürclərə görə, qadınların hansı keyfiyyəti kişiləri valeh edir?

Baxış sayı: 1. 510

Gözəllik incə məsələdir, xüsusilə, zərif cinsin nümayəndələrindən söhbət gedirsə, ehtiyatlı olmaq lazımdır. Ən cazibədar xanımı seçmək bəzən çox çətin, bəzən də çox təhlükəli işə çevrilir…

Hər bir bürcün qarşı tərəfi cəlb etmək üsulu özünəməxsusdur. Sözsüz ki, onların ən güclü silahı gözəllikdir. Lakin astroloqlar bürclərə görə xanımların əks cinsin nümayəndələrini necə cəzb etdiyini yaxşı bilir.

Bu yazıda bürclərə görə xanımların qarşı tərəfi əldə edə bilməsi üçün hansı üsullara əl atmasından bəhs edilir. Əminik ki, hansı bürcün nümayəndələrinin kişilərə necə təsir etməsi sizə də maraqlı olacaq.

Qoç bürcü

Bu bürc altında dünyaya gələn xanımlar qarşı tərəfin diqqətini necə cəlb etmək lazım olduğunu yaxşı bilir. Parıltılı geyim, zərif davranış, özünəinam və ağıl – belə bir qadın hansı kişini valeh etməz?

Buğa bürcü

Buğa bürcləri təbii gözəllik tərəfdarıdır. Təbiət də onlara cəlbedici görünüş və şarm bəxş edib. Kişilər qadınlarda təbiiliyə çox önəm verir.

Əkizlər bürcü

Çoxşaxəli qadınlar olan Əkizlər kişilərə gün verib, işıq vermirlər. Dəyişkən xüsusiyyətləri ilə kişiləri tez-tez təəccübləndirir, çox zaman da bezdirirlər. Məsələn, bir gün vəhşi, bir gün ciddi, başqa bir gün də mülayim qadın obrazına daxil olurlar. Bu xüsusiyyətlərinə görə, sirli bürcün nümayəndələri kişilərin sevgisini qazanmaqda çətinlik çəkir.

Xərçəng bürcü

Bu bürc altında dünyaya gələn qadınlar bütün gözəlliyini dərhal nümayiş etdirməyi xoşlamır. Lakin bu bürclə yaxından tanış olan kişi ondan ayrılmaq istəmir. Belə sadiq və qayğıkeş xanımları kişilər heç zaman unutmur.

Şir bürcü

Şir bürcündən olan qadınlar ideal gözəlliyə malik olmasa da, bənzərsiz və unikal zahiri görkəmi ilə əks cinsin nümayəndələrinin qəlbinə yol tapa bilir. Bu bürcün nümayəndələri istənilən vəziyyətdə özünü yaxşı təqdim etməyi bacarır.

Qız bürcü

Həris modapərəstlərin çoxu qız bürcündəndir. Onların dəb cərəyanlarından yaxşı başı çıxır, bu məsələdə də çox iddialıdırlar. Üstəlik, həmişə baxımlı görünməyə çalışırlar. Baxımlı xanımlar da, nəinki kişilərin, elə öz həmcinslərinin də gözlərini sevindirir.

Tərəzi bürcləri

Tərəzi bürcünün nümayəndələri əsl dəb ilahəsidir. Onlar nadir və incə zövq duyumuna malikdir. Onları digərlərindən artistlik məharəti fərqləndirir.

Əqrəb bürcü

Ah, nə üçün onların dili belə itidir? Belə qadınlar həyatda inamla addımlayır, ən önəmlisi, özünü qorumağı bacarırlar. Əqrəblərin bu xüsusiyyəti kişilərin xoşuna gəlir. Lakin bu bürcdən olan qadınlara yaxınlaşmağa cəsarət etmədiklərini kişiləri özləri də etiraf edir.

Oxatan bürcü

Bu zodiakın nümayəndələri çox xarizmatik olur. Hətta Oxatan bürcündən olan qadınların zahiri görkəmi mükəmməl olmasa da, onlar ağıllı cavabları ilə kişiləri özünə heyran edir. Onların yeganə mənfi cəhəti qarşı tərəfə vaxt ayırmamasıdır.

Oğlaq bürcü

Oğlaq bürcləri tez-tez zahiri görkəmini dəyişirlər. Amma bu, onlara öz orijinal üslubunu yaratmağa mane olmur. Əvəzində onlar bir güllə ilə iki dovşan vura bilirlər. Belə ki, həm zahiri görünüşü, həm də iti zəkası ilə kişilərdə heyrət hissi oyadırlar.

Dolça bürcü

Həyat eşqi ilə aşıb-daşan dolça bürcləri ətrafa sonsuz nikbinlik hissini ötürür. Belə qadınlar bir çox kişinin xəyallarını bəzəyir.

Balıq bürcü

Ən müəmmalı qadınlardır! Kişiləri həmişə məhz belə sirli və soyuqqanlı qadınlar cəlb edib. Balıq bürcləri sakit görünsə də, əslində, çox ehtiraslı və emosionaldırlar. Yeri gəlmişkən, qeyd edək ki, bu bürcdən olan qadınlar zodiakın ən gözəl nümayəndələrindən biri hesab edilir.

Ulduzların nə deməsindən asılı olmayaraq, yadda saxlayın ki, çirkin qadın olmur: bütün xanımlar məlahətli və təkraredilməzdir. Amma razılaşaq ki, qadınların istənilən kişini dəli edə biləcək bir çox ümumi xüsusiyyətləri var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir