Özün haqqında yeni nə isə öyrənmək faydalıdır. Bu baxımdan sizin üçün bir çoxlarınızın maraqla izlədiyi bürclərin 10 həyat prinsipi ilə tanış olmaq maraqlı olar
Qoç
1. Ən yaxşısı mənimlə mübahisə etməyin.
2. Əvvəl edirəm, sonra düşünürəm.
3. Başqalarının tormoza basdığı yerdə, mən qaza basaram.
4. Əbədi gənc olacağam.
5. Mənim kimi et, onsuz da daha yaxşısını edə bilməyəcəksən.
6. Ən çətini həmsöhbətini sonadək dinləməkdir.
7. İnadkarlıq qüsur deyil.
8. Vəziyyəti nəzarətdə saxlamaq, hissləri idarə etməkdən asandır.
9. Bir qazanda iki Qoçun başı qaynamaz.
10. İlk hücum etmirəm. Vay o gündən ki mənə hücum edələr.
Buğa
1. Alış-verişə həvəslə gedirəm, gəzintiyə isə pul xərcləməyə əlim gəlmir.
2. Başqasının heç nəyini istəmirəm, mənə aid olana toxunmayın.
3. Pis sülh xoş mübahisədən yaxşıdır.
4. Rahat oturanı yerindən eləmə.
5. Gözəl gün qürubundansa, gözəl divan daha yaxşıdır.
6. Qida- ciddi məsələdir.
7. Mehriban buzov iki anadan süd əmər.
8. İkinci olanda gücünə qənaət etmiş olursan.
9. Birdəfə istifadə edilən alışqanları sevmirəm!
10. Dequstrator – bax bu, mənim əsl vəzifəmdir.
Əkizlər
1. Bu gün dünənki kimi deyiləm.
2. Vəziyyəti idarə edirsə, informasiya da onadır.
3. Bir ağıl yaxşıdır, lakin 2 ağıl daha gözəldir. Xüsusi ilə də bunlar 1 adamda olanda…
4. Fiqaro (məşhur komediyada bic, fəndgir, diribaş və məzəli obraz) hər yerdə.
5. İdeyalar məhsullar kimi yatıb qalmamalıdır.
6. Bir evdə bir televizor, telefon yaxşıdır, amma 3 olsa, daha əla olar.
7. İşləməyən dişləməz.
8. Həyatda skuter kimi suyun üzündə hərəkət edirəm – dərinə getmirəm, əvəzində daha tez çatıram.
9. Bazarda “bazar”a cavabdeh deyiləm.
10. Kəmiyyəti sevirəm, ona görə də keyfiyyətə vaxtım olmur.
Xərcəng
1. Evim mənim qalamdır.
2. Başqalarının qayğısına qalmaq mənim borcumdur.
3. Dünyada hər kəsə çatacaq qədər yer olsa, yaxsşı olar.
4. Uğurun ikinci adı səbirdir.
5. Dostlarla kafedə deyil, evdə görüşərlər.
6. İnsan qəlbini heç nə dolu soyuducu qədər qızdırmır.
7. Ən yaxşısı pulunu yığmaq, amma layiqli nəsə almaqdır.
8. Gizlənmək mümkün olmayan yerdə yaşamaq çətindir.
9. Keçmişim daima mənimlidir.
10. 20 il bir palto geymək olar?
Şir
1. Sizi dünyanın ən ucqar işıqlı yerinə aparacağam.
2. Dəstəyi hiss etməkdənsə, kiməsə dəstək olmaq yaxşıdır.
3. Xoş xasiyyət uğurun yarısıdır.
4. Günəş şirlər üçün şıq saçır.
5. Qapının üzərində asılan lövhə maaşdan daha vacibdir.
6. Qazanmağı sevirəm, xərcləməyi isə ondan daha çox sevirəm.
7. Evdə royalın olması pianodan daha yaxşıdır. Hətta onda heç kim ifa etməsə belə…
8. Gülərüz görkəmimə baxmayaraq, daxildə diktatoram.
9. Egər nə isə edəcəksən, onda böyük işlərin qulpundan yapış.
10. Mən sizinləyəmsə, günəşi neynirsiz?
Qız
1. Səbr və zəhmət hər şeyə qalib gələcək.
2. Təvazökarlıq təkcə qızları deyil, bütün Qız bürclərini bəzəyir.
3. Hər kəs özü üçün yaşayır, amma başqalarına xidmət edir.
4. Təmizlik hər yerdə: həm fikirlərdə, həm də mətbəxdə lazımdır.
5. Bizim bir-birimiz üçün yaradıldığımızın ciddi məntiqi izahını göstər!
6. Yöndəmsizlik məni özümdən çıxardır.
7. Adamların çox olduğu ictimai yerlərdə özümü itirirəm.
8. 1 verdə gilənarın tumunu təmizləmək çətindir.
9. Hər bir Qız bürcündə gözəl xanım yaşayır.
10. Zəhərli göbələk həmişə gözə girir, zəhərsiz isə onsuz da yaxşıdır.
Tərəzi
1. Yarsız olmaq, əlsiz olmaq deməkdir.
2. Mübahisə etməkdən nifrət edirəm.
3. Razılığa gələrək qələbə qazan.
4. Yanlız axmaqlar prinsipial olar.
5. Kimi istəsən, nəyi istəsən cəlb edə bilirəm.
6. Dünyanı gözəllik xilas edəcək.
7. Hər şeyi əhval-ruhiyyədən asılı olaraq etmək lazımdır.
8. Ən çətini seçim arasında qalmaqdır.
9. Hamının üstündən xətt çəkmək olmaz, amma lazımdır.
10. Heç özüm də bilmirəm ki, mən ağın, yoxsa qırmızının tərəfindəyəm.
Əqrəb
1. Heyf ki, sancmağa adam yoxdur.
2. Hər bir hadisə divana bənzəyir: orda da gizli yaylar olmalıdır.
3. Təbəssüm üçün ciddi səbəb olmalıdır.
4. Hər şeydən xilas olmaq olar, öz ehtiraslarından əsla.
5. Mən döyüş meydanında da məhəbbət nəğməsini oxuyuram.
6. Mənim baxışlarıma hər kəs tab gətirə bilməz.
7. Ehtirasım akula kimi çox nadir hallarda özünü biruzə verir.
8. Dünya cəngavərsiz məhv olub gedir.
9. Hələ ki dünyaya Otellolar gəlməyib.
10. Mən kaktus kimiyəm, sehrli güllərim ancaq seçilmiş insanlar üçün açılır.
Oxatan
1. Yaxşı insanlardan çox olmalıdır.
2. Borclu olduğum hər kəsi bağışlayıram.
3. Ən yaxşı məzuniyyət dünyanı səyahətə çıxmaqdır.
4. Problemdə əsas onun həcmidir.
5. Mənim idealım İvan Çareviçdir.
6. Məndən incimək mümkün deyil.
7. Vicdan əzabı nə deməkdir?
8. Öhədliklər ancaq orta səviyyəli insanların bəzəyidir
9. Qabaqcadan təlaşa düşmək axmaqlıqdır. Əvvəlcə məsələni aydınlaşdırmaq lazımdır.
10. Məsuliyyətsiz insan mütləq məsuliyyət daşımalıdır.
Oğlaq
1. Mən sürət maşını deyiləm və marafonlarda iştirak etmək üçün yaranmışam
2. Döyüş meydanında təkəm.
3. Qanunları pozma, digərləri aradan çəxacaq, səni isə mütləq tutacaqlar.
4. Mənə çox şey lazım deyil. Mənim varım-dövlətim mənim uğurlarımdır.
5. Həyat qatar kimidir. Hər stansiyada yazılmış vaxtda kimsə düşür və kimlərsə gəlir.
6. Evdə oturub uzaq ölkələri xəyalında canlandırmaq gözəldir.
7. Əsl Oğlaq konyak kimi dözümlülüyü ilə fərqlənir.
8. Zirvəyə qalxmaq üçün bir dəfə düşmək lazımdır.
9. İllərlə mən daha da cavanlaşıram.
10. Tələsmək mənə xas deyil.
Dolça
1. Başqalarına bənzəmək çox darıxdırıcıdır!
2. Əgər səni mən yaratmışamsa, mən istədiyim kimi ol.
3. Xürafatçılıq axmaqlara xasdır.
4. Gələcək gözəl olmaq məcburiyyətindədir.
5. Mələk olmaq çətindir, amma olmaq lazımdır.
6. Yaxşı niyyət, yaxşı əməldən mühümdür.
7. Yenilikçi olmaq üçün ilk növbədə ənənələri unutmaq lazımdır.
8. Seks? Həyatda bundan mühüm işlər var.
9. Əvvəl dostlar, sonra isə ailə. Əlbəttə ki, buna vaxt qalarsa…
10. Məndən xeyirxahı və gümrahı yoxdur.
Balıq
1. Şəfqəti hiss etmək, kömək etməkdən daha vacibdir.
2. Balıq olduğum üçün içkini rədd edə bilmərəm.
3. Qaydaları darıxdırıcı adamlar fikirləşiblər.
4. Bu günün işini sababa saxlama.
5. Mən çox şey vəd edə bilərəm.
6. Tələsik işləmək çeynəmədən udmağa bənzəyir.
7. Hərkəsi başa düşə bilərəm, özümdən başqa.
8. Söyüd əyilər, palıd isə sınar.
9. Hərkəs bilir ki, mən məşğulam. Amma nə işlə məşğul olduğumuzu bilən yoxdur.
10. Mənim üstümə gəlməyin, yoxsa balıq kimi qaçaram