BURUN

Burnunuz daim tutulursa, ağciyər xəstəlikləri və infarkt riski ilə üz-üzəsiniz

Baxış sayı: 328

İnsanların çoxunun diqqət etmədiyi, hətta gündəlik həyatın təlaşında vərdiş etdiyi xroniki burun tutulması, demək olar ki, hər yaşda baş verən və həyat keyfiyyətinə mənfi təsir edən problemdir.

Uzun illər davam edən burun tutulmasının ağciyər və ürək xəstəlikləri, hətta infarkt, yuxu pozğunluğu və diş xəstəlikləri kimi ciddi səbəbləri ola bilər.

Bu gün demək olar ki, hər yaşda rast gəlinən xroniki burun tutulması gündəlik həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, uşaqlarda inkişaf geriliyi, diqqət əskikliyi və hiperaktivliyə də səbəb ola bilər.

Burunla düzgün nəfəs ala bilməmək ürəyə və ağciyərlərə təzyiq edərək yüksək təzyiq riski yaradır. Burun tutulması olan xəstə ilk növbədə Lor həkimi tərəfindən müayinə olunmalıdır. Daha sonra tutulmanın səbəbi anlaşılmalıdır.
Əksər xəstələr burun tutulmasına əhəmiyyət vermirlər. Hətta buna öyrəşənlər də var.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir