sac

Buruq saçlara necə qulluq etməli?

Baxış sayı: 2. 271

Buruq saçlar fərqli olurlar: xırda, iri, dalğalı. Onların hamısı eyni qulluq vasitəsini tələb edir. Buruq saçlar hər zaman quru olur. Çünki bu cür saçlar suyu tam qəbul etmir, tük kökü su ilə doyunca qidalanmır. Buna görə də onlara nəmləndirici qulluq lazımdır.

Buruq saçlara qulluq vasitələri təqdim edirik:

Tərkibində sulfat olmayan şampunlar alın

Tərkibində sulfat turşusu olan şampunları düz və yağlı saçlarda istifadə edin. Bu cür şampunlardan istifadə etsəniz, buruq saçlarınız daha çox şişməyə başlayacaq. Əsasən, tərkibində təbii yağlar, adaçayı olan şampunlar alın.

“Kondisionerli şampun”

Buruq saçlılar bunsuz qala bilməz. Bu cür şampunu saça sürtüb 3-5 dəqiqə saxlamaq lazımdır. Yuduqdan sonra saça lasyon çəkib, o formada qurumasını gözləyin. Lasyondan həftədə iki dəfə istifadə kifayətdir.

Maska

Buruq saçlara qulluq bunsuz mümkün deyil. Bunun üçün evdə asan maskalar hazırlayın. Onlardan birini təqdim edirik:

Beş xörək qaşığı quru südü bir miqdar suyu qatı hala gələnə qədər qarışdırın. Üzərinə bir çay qaşığı bal əlavə edib, qarışdırmağa davam edin. Sonra saçlarınıza sürtüb, 20 dəqiqə saxlayın. Sonra şampunla yuyun.

Buruq saçlara həftədə iki dəfə maska etmək mütləqdir.

Düzgün kəsim

Buruq saçlar ayda bir dəfə kəsim tələb edir. Bunun üçün inandığın saç ustasını tap. Buruq saçlar üçün kəsim çox çətindir. Bunun üçün mütləq sənə uyğun və saçlarını gülməli göstərməyəcək kəsim etdirməlisiniz.

Sprey

Hər dəfə saçları yuduqdan sonra müxtəlif spreylərdən istifadə edin. Bu spreylər saçın şişməsinin qarşısını alacaq, saçqıranların yaranmasını qoymayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir