sac

Bütün dövrlərin ən dəbli qısa saç kəsimləri – FOTOlar

Baxış sayı: 1. 216

Qısa saçlar bir zamanlar cəsarətli azadlığın simvolu idi: qıvrım saçlarını və hörüklərini kəsdirən qadınlar bununla kifayətlənməyərək, geniş çiyinli kişi gödəkçələri və cins şalvarları geyinməyə başladı. Beləliklə, kişi qarderobuna hücum çəkən zərif cinsin nümayəndələri sübut etdi ki, qadın istənilən sahədə zəfər çala bilər. Gözəlləşmək və dəyişmək üçün yaradılan qadın bu yolda özünə rəqib tanımır.

Bir çox moda inqilablarına imza atan əfsanəvi dizayner Koko Şanel saç kəsimində də yenilikçi davranmışdı. Qabriella Şanel, Tviqqi və Odri Hepbern oğlan saç kəsimlərinə üstünlük versə də, olduqca zərif görünürdülər.

90-cı illərdə isə qısa saç xüsusi cazibə və xüsusi estetika sayılmağa başladı: Demi Murun baş rola çədkildiyi “Ruh” filmini xatırlayın. Onun bu obrazı kulta çevrilmişdi. Film ekranlara çıxdıqdan sonra aktrisanın saç kəsimini minlərlə qadın təkrarlamışdı. Həmçinin şahzadə Diananın da qısa saç kəsimi gözəllik salonlarında ən çox tələb olunan fasonlardan biri idi. Və belə nümunələr çoxdur.

Qısa saç kəsimləri bu günə qədər populyarlığını itirmir. Zoya Kravitz, Emilia Klark, Mayli Sayrus, Enn Heteuey, Kara Delevin, Keyt Blanşet, Skarlet Yohanson, Cennifer Laurens, kimi Hollivud aktrisaları uzun saçlarını qısa kəsimə dəyişən cəsarətli stil ikonalarıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir