ACI TERE

Bütün zərərli maddələri təmizləyən göyərti

Baxış sayı: 430

Acı tərədən hazırlanan 1 stəkan smuzi min bir dərdin dərmanı hesab olunur. Mütəxəssislər bu içkinin bədəndə yığılmış bütün ödemi və toksinləri sürətli şəkildə təmizlədiyini bildirirlər.

Acı tərə şirəsi tərkibindəki təbii minerallar və elektrolitlər sayəsində bədənə inanılmaz faydalar verir.

Min bir müalicəvi xüsusiyyəti olan bu göyərtidən salatlarda və sendviçlərdə də istifadə etmək olar.

Ənənəvi olaraq öskürək və soyuqdəymə zamanı acı tərə çayı və ya şirəsi tövsiyə edilr. Detoks effekti olan bu bitki orqanizmdən bütün zərərli maddələri çıxarır.

Acı tərəni çay kimi dəmləyib içdikdə tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirir. Beləliklə, bədən daha güclü hala gəlir və xəstəliklərdən qorunmaq mümkün olur.

Bu göyərti mümkün xəstəlik risklərini azaldır. Xüsusilə oynaq ağrılarınız, əzələ ağrılarınız və iltihab problemləriniz varsa, acı tərəni gündəlik menyuya daxil etməyiniz məsləhətdir. Bu bitki gəm də qan dövranını yaxşılaşdırır.

Qalxanvari vəzi problemi olan insanların metabolizmi yavaşlaya bilər. Bu zaman arıqlamaq da çətinləşir. Tərə bu kimi problemlər zamanı əvəzolunmaz dərmandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir