geyim

Çəhrayı ilə zümrüdün vəhdəti – mövsümün trendi

Baxış sayı: 679

Termometrdə havanın temperaturu qalxdıqca, modapərəstlər təbiətin al-əlvan rənglərinə bürünməyə bir o qədər çox tələsir. Bu qayda demək olar ki, hər hansı bir təbiət qanunundan daha yaxşı işləyir. Xüsusilə yaz-yay mövsümlərində. Birincisi, qış qeyri-adi dərəcədə uzun və sərt keçdiyindən qalın və ağır paltolardan mümkün qədər tez xilas olmaq arzusu təbiidir. İkincisi, bu rənglər pandemiyanın bütün çətinliklərini unutdurmağa qadirdir.

İlin ən “qışqıran” trendi çəhrayı və yaşılın gözlənilməz birləşməsidir. Xoşbəxtlikdən baharın ən məşhur iki rəngi birlikdə əla görünür – bu səbəbdən onları ayırmaq üçün heç bir səbəb yoxdur. Əksinə kombinlərinizdə bu vəhdətin təsir gücü daha effektli olacaq. Çəhrayı ilə yaşılın birləşməsini həm lüks, həm də demokratik markalarda görmək olar.

Üstəlik bu rənglərin tonları ilə oynaya bilərsiniz. Məsələn, solğun çəhrayını açıq yaşılla, parlaq çəhrayını isə zümrüd rəngləri ilə birləşdirməyi sınaqdan keçirin. Nəticədə, 80-ci illərin ruhunda möhtəşəm bir görünüş əldə edəcəksiniz. Hər iki çalar nə qədər zəngindirsə, bir o qədər yaxşıdır. İnanırıq ki, modapərəstlər üçün bu iki rəngin vəhdətinə dair topladığımız nümunələr bütün lazımsız şübhələri dağıdacaq. (“Publika.az”)

geyim 8

geyim 7

geyim 6

geyim 5

geyim 4

geyim 3

geyim 2

geyim

geyim 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir