ceki

Çəki itirmək ağrını azaldır

Baxış sayı: 309

Ağırlıq, yorğunluq, günün sonunda dizlərdə və kürəkdə ağrı, işi daim ayaq üstə durmaq olan hər kəsə tanışdır. Rusiyalı gerontoloq Svetlana Trofimova “Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” proqramında gümrahlıq səviyyəsini necə yaxşılaşdırmaq barədə sadə məsləhətləri bölüşüb.

Ayaqlarınızda və oynaqlarınızda ağrı hiss edirsinizsə, düzgün bəslənmə haqqında düşünməlisiniz. Təsvir edilən problem ən çox kilolu insanlarda baş verir və sadəcə yeməyin porsiyasının kiçildilməsi ondan qurtulmağa kömək edir.

“Bir neçə kiloqram arıqlamaq üçün çox sadə bir yol var, sadəcə olaraq, gündəlik porsiyanızı 20 % azaltmalısınız. Çəki itirmək ağrı sindromunu azaltmağa kömək edir”, -həkim Svetlana Trofimova izah edib.

“Orta hesabla bir insan üçün qidanın gündəlik kalori miqdarı 2500 kilokaloridir, 20 % 500 kilokaloriyə bərabərdir”,-deyə həkim və teleaparıcı Sergey Aqapkin əlavə edib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir