banan

Cəmi 2 bananla sağalan 7 problem

Baxış sayı: 1. 487

Bu eksperimenti dünyanın çox ölkələrində sınayıblar. “Gencaile.az” xəbər verir ki, 2 həftə ərzində günə 2 banan yeməklə aşağıdakı sağlamlıqla bağlı problemlərinizi həll edə bilərsiz:

 

1.Depressiya

Bananda əhval-ruhiyyə üçün vaxib olan triptofan adlı maddə var, həmçinin banan maqniy ehtiyatıdır. Bunlar isə xoşbəxtlik hormonu olan serotonini sintez edir. Xüsusən payız-qış aylarında gündüz xandriyasından çıxmaq üçün səhər-günorta banan yeməyiniz lazımdır.

 

2.Qan dövranı, təzyiq

Bananda olan kaliy hesabına təzyiq normallaşır, ürək yaxşı işləyir, infarkt və insult riski azalır

 

3.Qanazlığı

Banan almadan sonra dəmirlə zəngin ikinci meyvədir. Anemiyası olanlar gündə 2 bananı mütləq yeməlidirlər. Bu hemoqlobin və eritrositlərin artmasına səbəb olacaq.

 

4.Özünü halsız hiss etmə

Həyatdan küsüb, özünüzü pis hiss edəndə şokolad və banan yeyin. Banan qanda şəkərin səviyyəsini normaya gətirəcək, Vitamin B isə əsəbləri sakitləşdirəcək. Fərqi hiss edəcəksiz.

 

5.Mədə ağrısı

Həzm və mədə problemi olanlar banan yesin. Banan mədədə plyonka yaradıb, onun divarını qoruyur, turşudan qıcıqlanmadan sakitləşdirir.

 

6.Mədədə yanma

Elə ki, mədənizdə yanğın qopdu, dərhal banan yeyin. O, sanki bir dərman yüngüllük gətirəcək.

 

7.Yüksək enerji

Banan təmiz asan karbohidratlardan ibarətdir. Bir-iki banan yeyən kimi intensiv iş, idman və yük üçün enerji yığırsız. İdmandan sonra da bir banan yemək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir