cadu

Cadu haqda nələri bilirik?

Baxış sayı: 1. 796

Şəxsi həyatınızı sahmana sala bilmirsiniz? İşdə problemləriniz bitib-tükənmək bilmir? Sağlamlığınız bilinməyən səbəblərdən pisləşir? Demək sizə cadu ediblər. Ümumiyyətlə, cadu haqda nələri bilirik? Sınanmış üsullardan biri odur ki, göz dəyməsin deyə körpə uşaqların alnına pomada ilə nöqtə qoyurlar. Bəs bu üsullar işə yarayırmı?

Beləliklə,  bu sualların cavabını təqdim edirik.

cadu

Psixoterapevtlər hesab edirlər ki, bədnəzər və cadu insan orqanizmində baş verən ad qoya bilmədiyi nigarançılıq və gücsüzlük sindromuna gətirilən bəsit bəhanədir.

Daxili nigarançılıq qarşısı alınmayan zaman fobiyaya çevrilir. Fobiya ilə yaşayan insan isə ekstrasensə, falçıya, cadugərə getməyə daha çox meyl edir. Bu halda olan insan üzərindəki cadunu təmizləmək üçün ən son qəpiyindən də keçməyə hazırdır.

Ənənəvi üsullarla müalicə və diaqnostika mərkəzinin direktoru Aleksey Karpeyevin fikirincə, bədnəzər və cadunun konkret diaqnozu hələ təyin olunmayıb və hazırda bu sahədə elmi araşdırmalar aparılır. Çox güman ki, araşdırma sona çatandan sonra bu mövzuda qaranlıq qalan bütün məqamlar gün üzünə çıxacaq.

cadu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir