cadu

Cadu və tilsimdən NECƏ QORUNMAQ OLAR?

Baxış sayı: 630

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cadunun, tilsimin olduğunda israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülür. Tarix boyunca cadu, sehr, tilsim və s. bu kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.

Bəs sehr, cadu və tilsim varmı? Onlar insanlara necə təsir edə bilər?

İlahiyyatçı Hacı Təyyar Hüseyinli bildirir ki, ən qədim zamanlardan sehir və cadu olub:

“Tarix boyu sehr, cadu, tilsim və bu qəbildən olan məsələlər olduqca ciddi bir mövzudur. Bu barədə məlumatı olmayanlar özlərini razı salmağa çalışırlar ki, guya bunlar boş uydurmaladır və ya psixoloji xəstəliklərdən qaynaqlanan qarabasmaladır, cadu yoxdur, cin yoxdur və bu kimi şeylər deyirlər, amma bunlar əslində var və bu çox ciddi və təhlükəli mövzulardır. Bu işlə məşğul olduqlarını deyən bəziləri olur ki, onlar fırıldaqçılardır və bir müddətdən sonra ifşa olunurlar və məlum olur ki, bunlar bu sahənin adamı deyil. İstənilən sahədə formal mütəxəssis, saxtakarlar ifşa olunur”.

5118498jpg_1690443919.jpg (40 KB)

İlahiyyatçı bildirir ki, İslam dinindən və ya dünya dinləri tarixindən qaynaqlanan dövrlərə qədər, Hz. Musanı da misal gətirə bilərik ki, onların zamanında da cadugərlər və cadular olub. Onun sözlərinə görə, insanların bu kimi şəxslərə müraciət etməsinin səbəbi onlara aktual olan mövzuların görünməyən üzünü öyrənməkdir: “İnsanlar onlara müəmmalı qalan məsələləri öyrənmək istəyir. Xəyanətləri, baş verən ikiüzlülükləri öyrənmək üçün və ya xeyirli ziyanlı, qeyri-səmimi mühitdə, evdə, çöldə, ətrafda olanları bilmək üçün falçılara müraciət edirlər. Yəni insanlar onlara qarşı saxta münasibət və yaxud xəbəri olmayan bir düşmənçiliyi bilmək üçün müraciət edirlər. Yəni bu kimi əməllər var, mövcuddur”.

Psixoloq-sosioloq Samirə Bağırova bildirir ki, caduya meyllilik hər zaman olduğu kimi bu gün də aktualdır, lakin bu cahilliyin artmasıdır:

“Caduya meyllilik bütün əsrlərdə olduğu kimi günümüzdə də davam edir. Amma maraqlısı odur ki, bu hal sürətlə inkişaf edir. Bu da cahilliyin sürətlə artmasının göstəricisidir. Hətta xatırlayıram ki,seanslarımın birində molladan asılı vəziyyətə düşən bir şəxs gəlmişdi və yeni iş qura bilməsi üçün külli miqdarda pul xərcləmişdi. Halbuki, o pulları toplasaydı normal biznes adamı ola bilərdi. Öncəni bilmək və süni şəkildə “qurban” serotanin (xoşbəxtlik) hormonunu yaşayaraq, endorfin (adrenalin) hormonundan asılı vəziyyətə düşür”.

Screenshot (32)png_1690444371.png (214 KB)

Stressli insan olduğu vəziyyətin sonrasını bilmək və ya düzəltmək istəyir. Olduğu vəziyyətdən dərhal qurtulmaq özünü yaxşı hiss etmək, inanmaq yaxud əvəz çıxaraq sakitləşmək istəyir. Cahil düşüncəsi yaxud cahil çevrənin təsirinə uyaraq üz tutur mollaya. Heç bir insan xoşbəxtliyindən psixoloqa yaxud mollaya getmir. Burda sadə bölgü var. Sivil insan yəni aqillər, sağlam düşünmək və sağlam qərarlar vermək məqsədilə psixoloqa özünü analiz edir. Qafillər cahilcəsinə üz tutur mollaya və “qurbana” çevrilir. Yaşadığı hadisələri təkrar yaşamış olurlar. Çünki mollanın yazıb üfürdüyü ilə beyinə ağıl dolmur. – deyə Samirə Bağırova qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir