Cavad Heyet

Cavad Heyətin varisi: “Səhərə qədər yatmayıb, Süleyman Dəmirələ göz yaşı içində məktub yazdı”

Baxış sayı: 1. 588

“Gencaile.az”-ın  Modern.az saytına istinadən təqdim etdiyi “Atalar və övladlar” layihəsi tanınmış ziyalılar – elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar haqqındadır. Onlar barəsində böyüdüb, boya-başa çatdırdıqları övladları atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə…

Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övladı atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…
Layihəmizin növbəti  buraxılışında dünya çapında tanınan alim, cərrah və türkoloq Cavad Heyət haqqında mərhumun oğlu Riza Heyət danışacaq.

Qeyd edək ki, Cavad Heyətin beş qız övladı olub. Amma dogma qardaşı oğlu olan müsahibimizi özünə həm hüquqi, həm də mənəvi varis elan edib. Soyadının daşıyıcısı kimi onu seçib və şah əsəri olan “Varlıq” jurnalını R.Heyətə vəsiyyət edib.

Odur ki, yuxarıda yazdığımız “oğlu” sözü heç də səhv deyil. Həm Cavad Heyət, həm də həyat yoldaşı Fəridə xanım hər zaman müsahibi özlərinin oğul varisi kimi gördülər… Bunun həm hüquqi, həm də mənəvi sübut-dəlilləri var.

Beləliklə, hazırda Ankarada yaşayan və orada Cavad Heyətin yolunu davam etdirən Riza Heyətlə müsahibəni təqdim edirik:

 

Ali Heyət”

 

-Heyǝt ailǝsi Azǝrbaycanın seçkin vǝ ziyalı ailǝlǝrindǝn biridir. Əli Heyǝt vǝ ondan öncǝkilǝr Qacar vǝliǝhdlǝrinin müǝllimlǝri vǝ eyni zamanda onların ǝn çox güvǝndiyi adamlar olublar. Pǝhlǝvi hakimiyyǝtindǝn sonra durum dǝyişsǝ dǝ, yenǝ dǝ yeni hakimiyyǝt Əli Heyǝtin siyasi vǝ xüsusǝn, hüquq sahǝsindǝki tǝcrübǝlǝrindǝn istifadǝ etmǝyǝ çalışdığı üçün uzun müddǝt İranın ǝdliyǝ naziri və baş prokururu kimi vǝzifǝlǝrdǝ işlǝyib. Ancaq bu vǝzifǝlǝr onun vǝ ondan sonra da oğlu Cavad Heyǝtin Şaha qarşı tǝnqidlǝrinǝ mane ola bilmǝyib.

Dəmir pərdənin övladları

 

-Əli Heyǝtin 9 uşağı  olub. Uşaqları arasında ona ǝn yaxını isǝ Cavad Heyǝt idi. O, Türklük və Azǝrbaycanlılıq sevgisini atasından miras almışdı. Özü deyǝrdi ki, “Tehranda tibb fakültəsinin ikinci sinifindǝykǝn tǝhsilimin davamı üçün bir Avropa universitetinǝ daxil olmaq istǝyirdim. Atam isǝ mǝni Türkiyǝyǝ göndǝrmǝk istǝyirdi. Atam mǝnim israrımı görüncǝ dedi ki, “Oğlum! Mǝn sǝni Azǝrbaycana göndǝrmǝk istǝrdim, ancaq nǝ yazıq ki, aramızda dǝmir pǝrdǝ var. İndi dǝ ona görǝ sǝni İstanbula göndǝrirǝm ki, tibblǝ yanaşı dilimizi, tariximizi vǝ ǝdǝbiyyatımızı da öyrǝnǝsǝn”. Bu sözlǝr Cavad Heyǝtǝ o qǝdǝr tǝsir etdi ki, İstanbulda tibb tǝlǝbǝsi ikǝn türkologiya elminǝ dǝ dǝrin maraq bǝslǝdi vǝ oradakı böyük türkoloq alim vǝ ǝdiblǝrlǝ yaxın ǝlaqǝlǝr quraraq, bilgisini genişlǝtdi vǝ ardından ixtisas üçün Parisǝ getdi. İrana qayıtdığında isǝ hǝm yaxşı bir hǝkim-cǝrrah, hǝm dǝ yaxşı bir türkoloq olmuşdu.


Həyatın ulduzlu saatları

 

– Cavad Heyǝtin ǝn böyük arzusu atasının vǝsf etdiyi Azǝrbaycanı vǝ oradakı bacı-qardaşlarını görmǝk idi. Elǝ buna görǝ dǝ, 1970-ci illǝrdǝ bir cǝrrahi konqresi üçün getdiyi Moskvada azǝrbaycanlıları axtarırkǝn, mǝşhur cǝrrah vǝ ǝdib olan professor,  həkim Nurǝddin Rza ilǝ tanış olur vǝ bu tanışma qısa müddǝtdǝ sǝmimi dostluğa çevrilir. Onun vasitǝsi ilǝ də Azǝrbaycanın tanınmış ǝdib vǝ alimlǝrindǝn Nǝbi Xǝzri, Mirzǝ İbrahimov, Bǝxtiyar Vahabzadǝ, Rüstǝm Əliyev vǝ başqaları ilǝ dǝ tanış olur, Azǝrbaycana dǝvǝt edilir, özü dǝ onları İrana dǝvǝt edir.

Cavad Heyǝt həmişǝ deyǝrdi ki, “hǝyatımın ǝn gözǝl anı Sovetlǝr İttifaqının dağılması vǝ Azǝrbaycanın müstǝqilliyinǝ qovuşması ilǝ sǝrhǝdlǝrin açılması anıdır”.

Heyət missiyası

 

-İran inqilabından dǝrhal sonra bir neçǝ ziyalı dostu ilǝ birlikdǝ “Varlıq” dǝrgisini yayınlamağa başlayan Cavad Heyǝt, Bakıdan gǝtirdiyi kitablardan da faydalanaraq, Azǝrbaycan ǝdǝbiyatını bir bütün olaraq tanıtmağa başlayır. Quzeyli-güneyli Azǝrbaycanın şair vǝ yazıcılarının hǝyat hekayǝlǝrini yazır vǝ ǝsǝrlǝrindǝn örnǝklǝr verǝrǝk, oxuculara anlatmağa çalışır ki, Azǝrbaycan siyasi olaraq parçalanmış olsa da, mǝnǝvi olaraq heç vaxt ayrılmamış vǝ Azǝrbaycanın iki tayında da eyni dil, eyni mǝdǝniyyǝt yaşayır.

 

OĞUL – Riza Heyət

 

-Cavad Heyǝtin iki evliliyindǝn beş qızı vardı, oğlu olmamışdı. Qızları da hǝyatlarında müvǝffǝq insanlar idilǝr. Ancaq çox istǝyirdi ki, Heyǝt soyadını sürdürǝ bilǝcǝk, onun yolunu davam etdirǝcǝk bir oğlu olsun. O, ildǝ ǝn az bir dǝfǝ Tǝbrizǝ gǝlib ailǝ üzvlǝri vǝ dostları ilǝ görüşǝrdi. Atam o zamanlar “Varlıq” dǝrgisinin Tǝbriz tǝmsilçisi idi. Mǝn dǝ uşaqlığımdan bǝri evdǝki “Varlıq”ları oxuyub öz dilimizdǝ yazıb- oxumağı öyrǝnmǝyǝ çalışırdım. Hǝlǝ Sovetlǝr İttifaqı dağılmamışdı vǝ mǝn lisey tǝlǝbǝsi idim. Bir dostumun vasitǝsi ilǝ Azǝrbaycanda kiril hǝrflǝri ilǝ çıxan dǝrgi ǝlimǝ keçmişdi və gizli şǝkildǝ onu oxumağa, hǝrflǝri öyrǝnmǝyǝ çalışırdım. Çünkü o dönǝmdǝ Sovetlǝrdǝn gǝlǝn hǝr şey qadağan idi vǝ tutulsaydım, hǝbsǝ düşǝ bilǝrdim. Atamın vǝfatından sonra Cavad Heyǝt ilk dǝfǝ 1988-ci ildǝ Tǝbrizǝ, bizim evǝ gǝldi. Mǝnim kiril ǝlifbasını öyrǝndiyimi görüncǝ çox tǝǝccüblǝndi. 1990-cı ildǝ Tǝbrizdǝ Gǝncǝli Nizaminin beynǝlxalq konqresi keçirilirkən gǝldiyindǝ isǝ, mǝnim artıq Azǝrbaycan ǝdǝbiyyatı ilǝ bağlı bir neçǝ mǝqalǝm nǝşr olunmuşdu və Cavad Heyǝt onları oxumuşdu. Mǝnǝ dedi ki, “hǝmişǝ tǝǝssüf edərdim ki, bizim ailǝdǝn kimsǝ mǝnim yolumu davam etdirmǝyǝcǝk. Amma indi görürǝm ki, Heyǝt ailǝsindǝn sǝnin kimi bir gǝnc yetişib vǝ mǝnim yolumu davam etdirmǝk istǝyir. Mǝn istǝyirǝm ki, sǝn Tehrana gǝlib mǝnim yanımda (“Varlıq” dǝrgisindǝ) işlǝyǝsǝn vǝ mǝnǝvi varisim olasan”. Bu cümlǝlǝri daha yolun başında olan mǝnim üçün son dǝrǝcǝ qürurverici idi. Dedim ki, bu mǝnim üçün böyük bir şǝrǝfdir, ancaq istǝyirǝm ki, eyni zamanda Azǝrbaycana gedib öz dilimizdǝ tǝhsil alam. Cavabı çox kəskin oldu: “Mǝn o işi hǝll edǝrǝm, yetǝr ki sǝn mǝnim yanıma gǝl”. Necǝ ki, dedi, elǝ dǝ oldu. Mǝn “Varlıq” dərgisindǝ işǝ başladım və Cavad Heyǝt mǝnim Bakıda Azǝrbaycan Filologiyası kafedrasında qiyabi vǝ pulsuz tǝhsil almağımı təmin etdi.

Bir təəccübün tarixçəsi

 

-Artıq hǝm Tehranda, hǝm dǝ Bakıda Dr. Cavad Heyǝtlǝ bǝrabǝr idik. Bakıda bir gün Nurǝddin müǝllimin (məşhur həkim, Bəxtiyar-Xudu-Nurəddin “triou”sunun üzvü Nurəddin Rzayev-E.N.) maşınındaydıq. Cavad Heyǝt mǝndǝn bǝhs etdi vǝ dedi ki, “yaşına baxmayaraq çox yaxşı yetişib, dilimizi vǝ ǝdǝbiyyatımızı da çox yaxşı öyrǝnib”. Nurǝddin müǝllim üzünü mǝnǝ çevirǝrǝk, “bir tǝklifim var”, -dedi – “Bakıya gǝldiyindǝ bizim evdǝ qal. Sǝn mǝnim kiçik oğluma milliyyǝtçilik öyrǝt, o da sǝnǝ ingilizcǝ öyrǝtsin”.
Tǝklifi mǝmnuniyyǝtlǝ qǝbul etdim vǝ hǝr gǝldiyimdǝ onların evindǝ qaldım. Ailǝsi öz övladları kimi mǝnǝ baxırdı vǝ Cavad Heyǝt dǝ Bakıya gǝldiyindǝ orda qalırdı. Nurǝddin müǝllimin qudası Bǝxtiyar Vahabzadǝ dǝ hǝr axşam oraya gǝlirdi. Bakıda Xudu Mǝmmǝdov, Bǝxtiyar Vahabzadǝ vǝ Nurǝddin Rza üçlüyü mǝşhur idi. Ancaq Xudu Mǝmmǝdov vǝfat etdikdǝn sonra Cavad Heyǝt bu üçlüyǝ daxil olmuşdu. Üçünün dǝ olduğu bir gün dedim ki, sizin kimi böyüklǝrimizin yanında oturmaq mǝnim hǝddimǝ deyil, ancaq ǝgǝr icazǝ verirsǝniz vǝ xüsusi bir söhbǝtiniz yoxsa, mǝn dǝ oturub dinlǝmǝk istǝyirǝm. Üçü dǝ güldü. Nurǝddin müǝllim dedi ki, “mǝn tǝǝccüb edirǝm, sǝnin yaşında gǝnclǝr bu söhbǝtlǝrdǝn darıxar, sǝn necǝ darıxmırsan?”. Mǝndǝn öncǝ Cavad Heyǝt cavab verdi: “Mǝn tǝǝccüb etmirǝm, çünkü mǝn dǝ cavanlığımda belǝ idim. Bütün yaşıdlarım gǝzib-dolaşırkǝn mǝn atamın yanında saatlarca oturub söhbǝtlǝrini dinlǝmǝyi tǝrcih edǝrdim”.


Əgər o kaset qalsaydı…

 

-Bir gün bizi bir restorana dǝvǝt etdilǝr. Firuz Heyǝt (Cavad Heyǝtin kiçik qardaşı) vǝ bir neçǝ nǝfǝr daha ordaydılar. Bǝxtiyar Vahabzadǝ hǝmişǝki hǝyǝcanı ilǝ “Gülüstan” poemasından vǝ onu yazdıqdan sonra başına gǝlǝnlǝrdǝn danışırdı. İstǝr-istǝmǝz söz Azǝrbaycanın parçalanmasından vǝ Azǝrbaycan xalqının mǝruz qaldığı zülmlǝrdǝn getmǝyǝ başladı. Başqa yerdǝ rahat-rahat danışa bilmǝdiklǝri şeylǝri danışır, tǝǝssüratlarını bölüşürdülər. Cavad Heyǝt və Bǝxtiyar Vahabzadǝ hönkür-hönkür ağlayırdı. Bu sırada dǝvǝt edǝnlǝrdǝn biri – çox da yaxşı tanıdığımız biri deyildi- sǝssizcǝ danışıqları vǝ ağlama sǝhnǝsini videoya çǝkirdi. Mǝn bu durumu görüncǝ yavaşça Firuz Heyǝtǝ dedim, o da Cavad Heyǝtǝ bildirdi. Cavad Heyǝt dǝ videokaseti çoxaltmaq bahanǝsi ilǝ alıb yox elǝdi. İndi o kaset qalsaydı, çox tarixi bir video olardı, ancaq İrana getsǝydi, Cavad Heyǝtin başı dǝrdǝ girǝrdi.

Kəlbəcər işğal ediləndə.., yaxud, islaq məktubun taleyi

 

-Kǝlbǝcǝr ermǝnilǝr tǝrǝfindǝn işğal edildikdǝn sonra Cavad Heyǝt çox pǝrişan olmuşdu. İlk dǝfǝ onu belǝ görürdüm. Bir işlǝr görmǝk istǝyirdi, amma şǝrtlǝr ona izn vermirdi. Bir yandan Qarabağda ermǝnilǝrlǝ savaşa gedǝcǝk qǝdǝr gǝnclik duyğuları qabarmışdı, bir yandan da kövrǝlǝrǝk ağlayırdı. “Varlıq” dǝrgisi yazarlarını çağırmağımı istǝdi. Dǝfǝlǝrcǝ toplantı keçirildi. Öncǝ Qarabağa Yardım Komitǝsi quruldu vǝ pul toplanmağa başlandı. Sonra İranın o dövrdǝki prezidentinǝ bir çox insanın imzası ilǝ mǝktub yazdı vǝ ondan yardım toplanması üçün “Azǝrbaycan Hǝftǝsi” elan etmǝsini və könüllülǝrin Qarabağ savaşına qatılması üçün icazǝ verilmǝsini istǝdi. Hǝftǝlǝr keçdi, ancaq məktub cavabsız qaldı. Bu dǝfǝ Türkiyǝ sǝfirinin yanına getdi vǝ Türkiyǝ dövlǝtinin yardım etmǝsini tǝlǝb etdi. Sǝfir demişdi “mǝn o qǝdǝr yazmışam ki, mǝnǝ deyirlǝr sǝn İran sǝfirimizsǝn, yoxsa Azǝrbaycan? Ən yaxşısı siz özünüz Süleyman Dəmirəlǝ bir mǝktub yazın, mǝn dǝrhal çatdırım”.
Cavad Heyǝt o gecǝ sǝhǝrǝ qǝdǝr yatmayıb göz yaşları ilǝ tarixi bir mǝktub yazmışdı. Sabahısı tezdǝn redaksiyaya gǝlib yazdığı mǝktubu mǝnǝ oxudu. Hǝr sǝtirindǝ ağlayırdı, göz yaşlarını tuta bilmirdi. Mǝktubun bir neçǝ yerini dəyişdirmişdi, bir neçǝ yerini dǝ o gün dǝyişdirdi. Sonra dǝrginin yazarlarını toplantıya çağırdım. Onlara da ağlayaraq oxudu mǝktubu vǝ sonra sǝfirǝ çatdırdı.

Dünyanın ən dəyərli əmanəti

 

-Bütün bu rǝsmi vǝ ciddi fǝaliyyǝtlǝrin yanında Cavad Heyǝtin dǝ hamı kimi bir dǝ özǝl xatirǝlǝri var idi. Yalnız olduğumuz zamanlarda gǝnclik xatirǝlǝrini sanki hǝlǝ dǝ yaşayırmış kimi tǝriflǝyǝrdi. Atamla necǝ gülǝşdiklǝrindǝn tutmuş, eşq macǝralarına qǝdǝr… O, aşiq olduğu şeyin uğrunda ölümǝ gedǝcǝk qǝdǝr cǝsarǝtli idi. Onun üçün eşq, yalnız gǝnclik hǝyǝcanı deyildi, onu diri tutan, ona güc verǝn bir enerji idi. O, gǝnclik eşqini ömrünün sonuna qǝdǝr unutmadığı kimi, vǝtǝn vǝ millǝt eşqini dǝ ona ǝlavǝ etmişdi. Ondan bir gün eşqin nə olduğunu soruşdum. “Eşq, sevginin son hǝddidir. Zaman içǝrisindǝ ya sevgiyǝ dönüşǝr, ya da nifrǝtǝ” dedi.

O, eşqinǝ hǝr zaman sadiq idi vǝ bütün acılarına baxmayaraq, heç vaxt eşqdǝn uzaq yaşamaq istǝmǝzdi. Ona görǝ dǝ, hara gǝtsǝydi yanında Füzulinin “Leyli vǝ Mǝcnun” operasının videosunu da aparardı, izlǝyǝrdi. Müxtǝlif şairlǝrdǝn seçib hǝr zaman yanında daşıdığı kiçik şeir dǝftǝrinǝ yazdığı şeirlǝrin çoxu da Füzuliyǝ vǝ Nǝvaiyǝ aid idi. O, çap olan vǝ ya olmayan bütün ǝsǝrlǝrinin vǝ onun haqqında yazılmış olan mǝqalǝ vǝ şeirlǝrin arxivini mǝnǝ ǝmanǝt edǝrkǝn, cibindǝki şeir dǝftǝrini dǝ çıxarıb, “bu hǝlǝ mǝnǝ lazımdır, amma kopyasını çǝkdir, bir surǝti dǝ sǝndǝ olsun” demişdi. Öz ǝlyazısı ilǝ yazılmış bu dǝftǝrin üzünü saxlayıram. Orada hǝm başqalarının, hǝm də özünün yazdığı şeirlǝr var.

Cavad Heyətin gizlədilən xəzinəsi

 

-Cavad Heyǝtin 10 minǝ yaxın kitabı var idi. Kitablar arxa-arxaya iki sırada düzülmüşdü və arxadakı kitablar görünmürdü. Ona bir ǝsǝr lazım olduğunda mǝndǝn istǝrdi, mǝn dǝ hǝmǝn tapıb gǝtirǝrdim. Deyǝrdi ki, “bu qǝdǝr kitabın arasından bu sürǝtlǝ necə tapa bilirsǝn kitabları?”. Deyǝrdim ki, “siz burda olmadığınızda mǝn bu kitablarla məşğul oluram, ona görǝ dǝ hansı kitabın harda olduğunu bilirǝm”.
Onun kitabxanası İranda türkologiya sahǝsindǝ ǝn zǝngin kitabxana idi. Onların gǝlǝcǝkdǝ yox olmasından qorxurdu. Tibbi kitablarını Bakıda bir universitetǝ bağışladı. Qalan 8 min kitabını da Təbrizin mǝşhur kitabxanalarından birinǝ bağışlamaq istǝyirdi. Əslindǝ, özümüzǝ aid bir kitabxana olsaydı, başqa yerǝ vermək istǝmǝzdi, ancaq hǝyatının son illǝrini Bakıda keçirdiyi üçün belǝ bir mǝcburiyyǝt hiss edirdi. Sonunda kitablarını Təbrizin Milli Kitabxanasına bağışlamağa qǝrar verdi. Bütün kitabların siyahısını çıxartdıq. Bu iş bir neçǝ hǝftǝ davam etdi. Bir gün mǝnǝ dedi ki, Mǝmmǝdrza! Sǝn türkoloq olacaqsan və “Varlıq” dǝrgisini davam etdirǝcǝksən. Ona görǝ bu kitablar sǝnǝ lazım ola bilǝr. Sǝn istǝdiyin kitabları ayır, qalanını kitabxanaya verǝk. Mǝn dǝ bir-iki kitab seçdim vǝ qalanını Tǝbrizǝ göndǝrdik. Kitablar rəsmi bir mǝrasimlǝ tǝqdim olundu vǝ Cavad Heyǝt adına bir bölmǝ açıldı. Ancaq daha sonra xǝbǝr aldıq ki, bu kitabların çoxu başqa yerǝ aparılıb, ya da oxuculara verilmir!!!


Qırılmaz estafet

 

-Dr. Cavad Heyǝtin elmi vǝ ǝdǝbi yaradıcışığı çox zǝngin idi. Amma ǝn böyük şah ǝsǝri “Varlıq” dǝrgisi idi. Onun gǝlǝcǝyi Cavad Heyǝti ǝn çox düşündürǝn mǝsǝlǝlǝrdǝn idi. Mǝn Ankarada “yüksǝk lisans”a (ali təhsil dərəcəsi- “mester”-E.N.)  başladıqdan sonra Tehrana getdiyim bir gün, mǝnǝ dedi ki, sǝn mǝnim mǝnǝvi varisimsǝn vǝ mǝndǝn sonra “Varlıq” dǝrgisini sǝn davam etdirǝcǝksǝn. Amma istǝyirǝm hǝyatda ikǝn bunu rǝsmilǝşdirǝm. Bir notariusla danışdı vǝ birlikdǝ oraya getdik. 2006-cı il idi. O zaman oğlum Tekin yeni dünyaya gǝlmişdi. Notariusda “Varlıq” dǝrgisinin imtiyazını özündǝn sonra mǝnim adıma keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt etdi. Ordan çıxdıqdan sonra mǝni qucaqladı, öpdü vǝ dedi ki, “sǝn dǝ inşallah Tekinin adına keçirǝrsǝn”. Mǝn bu cümlǝdǝn nǝ demǝk istǝdiyini anlamışdım. Əslindǝ, mǝnǝ deyirdi ki, sǝn dǝ oğlunu millǝtinǝ, vǝtǝninǝ vǝ ana dilinǝ aşiq bir insan kimi yetişdir ki, bizdǝn sonra da o yolumuza davam etsin.

Son olaraq….

 

-O, Tehranda vǝ ya Bakıda ikǝn tez-tez telefonla danışardıq. “Varlıq” üçün hazırladığım materialları göndǝrǝrdim. Bǝzǝn dǝ onun mǝnǝ tapşırıqları olardı. Ömrünün son günlǝrindǝ ağır xǝstǝlǝndiyini eşidǝn kimi Bakıya getdim. Yoldaşı Fǝridǝ xanım qapını açdı vǝ Cavad Heyǝtǝ sǝslǝndi: “Bax gör kim gǝlmiş, oğlun gǝlmiş! Cavad Heyǝt böyük ölçüdǝ yaddaşını itirmişdi, ancaq mǝni görǝr-görmǝz ǝli ilǝ yanına çağırdı, sarıldı, öpüşdük, mǝn dǝ ǝllǝrindǝn öpdüm. Çox pǝrişan vǝziyyǝtdǝ idi. Hǝmişǝ tǝr-tǝmiz gördüyüm Cavad Heyǝtin saqqalı uzanmışdı. Hamama apardım, sandalyǝdǝ oturtdum vǝ üzünü qırxdım. Aynada özünǝ baxdı vǝ qısıq bir sǝslǝ gülümsǝyǝrǝk tǝşǝkkür etdi. İllǝr öncǝ dǝ Tehranda yıxıldığında mǝn 10 gün xǝstǝxanada qalıb ona baxmışdım. Bu taleyin bir araya gǝtirdiyi mǝnǝvi ata vǝ oğulun son görüşlǝri idi. Ruhu şad, yeri cǝnnǝt olsun…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir