cbt

CBT nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 623

RDDT_Rasyonal Duyğu Davranış Terapiya.

Bu terapiya Albert Ellis 1955 ci ildə yaratdı.

Koqnitiv Bihevioral Terapiya (CBT) nədir?

CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır.

Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur.

Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir.

CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir.

Bu vərdişlər “əyri” düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir.

Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni “HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK”.

Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın “çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür” deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək.

Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından “yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz” şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək.

Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir.

Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir.

jale M

SEANSLAR

Pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə “İNDİ VƏ BURADA” prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır.

Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir.

Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə başlayır.Terapiya  məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir.

TERAPİYA MÜDDƏTİ

Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir.

Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər.

TERAPİYA əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir.

CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür.

NƏTİCƏLƏR

Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopataloji əlamətlərində bir azalma yarandığının fərqinə varacaq.

LOQO

CBT:

ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN

NARAHATLIĞI AZALTMAĞI

DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ

PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür.

CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir.

Bu terapi növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar CBTnin aşağıda göstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir:

  • OBSESSİV KOMPULSIV POZUNTU
  • PANIK ATAK
  • TRAVMA SONRASI STRESS POZUNTUSU
  • DEPRESSİYA
  • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ
  • ASILILIQLAR
  • QİDALANMA POZUNTULARI
  • SOSİAL FOBIYA
  • SPESİFİK FOBİYALAR
  • DAVRANIŞ POZUNTULARI
  • ŞIZOFRENIYA
  • BİPOLYAR POZUNTU
  • YUXU POZUNTULARI.

 

Jalə Mirsaab

Psixologiya Departamentinin rəhbəri, psixoloq inkuliziv təhsilçi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir