cehiz

Cehiz alarkən hansı məqamlara diqqət etməlisiniz?

Baxış sayı: 2. 667

Cehiz alış-verişi evliliyə hazırlaşan hər bir gənc qız üçün önəmlidir. Cehizə əlavə ediləcək hər bir detal uzun müddət götür-qoy edilərək seçilir. Bu proses bəzən yorucu bir hala çevrilir. Bu yazımızda cehiz alarkən diqqət etməli olduğunuz məqamları bir araya gətirdik.

Cehiz alış-verişi üçün əvvəlcə siyahı hazırlamalısınız

Nə almaq istədiyinizi, nə qədər almaq istədiyinizi və hansı qiymətə almaq istədiyinizi öncədən bu siyahıda qeyd edin. Özünüzə öncədən bir büdcə müəyyən edin. Cehinizə əlavə etməyi düşündüyünüz ən kiçik şeydən ən böyüyünə qədər almaq üçün nə qədər büdcəniz var? Deməli almaq istədiyiniz şeyləri bu büdcəyə sığdırmalısınız. Alış-veriş etdikcə aldığınız şeylərin qarşısına siyahıda qiymətləri qeyd edin. Çalışın ki, büdcənizi aşmayasınız. Əgər büdcənizi müəyyən etmədən alış-verişə başlasanız, nəzərdə tutduğunuzdan qat-qat çox xərclə qarşılaşa bilərsiniz.

Cehiz alış-verişi zamanı evinizdə zəruri olmayan hər bir xırdalığı almağa çalışmayın. Nəzərə alın ki, bəzi əşyaları evləndikdən sonra yavaş-yavaş da ala bilərsiniz. Həmçinin nəzərə almalısınız ki, öz evinizdə yaşadığınız müddətdə nələrə nə qədər ehtiyacınız olduğunu daha yaxşı anlayacaqsınız. Bu zaman həm də evinizə daha yaraşan şeyləri ala bilərsiniz.

Cehiz alış-verişi zamanı evinizdə zəruri olmayan hər bir xırdalığı almağa çalışmayın. Nəzərə alın ki, bəzi əşyaları evləndikdən sonra yavaş-yavaş da ala bilərsiniz. Həmçinin nəzərə almalısınız ki, öz evinizdə yaşadığınız müddətdə nələrə nə qədər ehtiyacınız olduğunu daha yaxşı anlayacaqsınız. Bu zaman həm də evinizə daha yaraşan şeyləri ala bilərsiniz. Cehiz seçimi zamanı ən çox nələrə diqqət edildiyini, hansı əşyalara üstünlük verildiyini öyrənmək üçün “Royal Gallery”yə yollandıq. “Royal Gallery” əmakdaşları bildirdilər ki, gənc qızlar cehiz seçimi zamanı ən çox yemək və çay dəstləri, süfrə aksesuarları, dekorativ qablar və qədəh dəstlərinə üstünlük verirlər. Çünki bunların hər biri cehizin olmazsa, olmazlarından hesab olunur.

Seçim edərkən əvvəlcə yemək dəsti seçimi edib, daha sonra onun üslubuna və rənglərinə uyğun süfrə aksesuarları və qədəh dəstləri seçə bilərsiniz.

Dekorativ qabların seçimi zamanı isə evinizin üslubunu nəzərə almalısınız. Misal üçün modern tərzdə dizayn edilmiş evlərdə klassik üslubda dəbdəbəli dekotasiyalardan istifadə harmoniyanı poza bilər.

Bundan əlavə çalışın öz zövqünüzə uyğun cehiz əşyaları seçəsiniz. Çünki illər boyu həmin əşyaları məhz siz işlədəcəksiniz!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir