İstənilən işçinin qabiliyyət və bacarıqlarını iki kateqoriyaya bölmək olar: hard skills – “sərt bacarıqlar” (texniki bacarıqlar) və soft skills – “yumşaq” və ya “çevik” bacarıqlar (qeyri-texniki bacarıqlar). Bunlar nədir? Qeyri-texniki bacarıqlara haradan yiyələnmək olar? və Niyə işəgötürənlər ildən-ilə onlara daha çox diqqət yetirirlər? Bütün bu suallara “Mənim karyeram” ixtisaslaşmış məşğulluq mərkəzinin direkoru İrina Svets cavab verir.
“Çevik bacarıqlar” (Soft skills) nə üçün lazımdır
“Çevik bacarıqlar”ın işə düzəlmədə böyük üstünlükləri var. Eyni qeyri-texniki bacarıqları olan namizədlər arasından vəzifəyə adam təyin edərkən işəgötürən qərarı texniki bacarıqlara əsaən verir. Əgər rezümenizdə heç biri olmasa, işə qəbul olmaq şansınız azalacaq : bilmədiyiniz kompyuter proqramında işləməyi bir neçə günə öyrənmək mümkündür, amma həmin müddətə liderlik keyfiyyətlərinə yiyələnmək mümkün deyil.
Məhz sizin hansı “çevik bacarıqlar”a malik olmağınız peşə seçimində kömək edir. Məsələn, əgər siz stressə davamlı olmadığınızı bilirsinizsə yüksək stressli işi seçməməlisiniz. Ya da buna dözmək vərdişini özünüzə təlqin etməlisiniz. Əgər siz gördüyünüz işlə bağlı texniki bacarıqlara maliksinizsə onun öhdəsindən gələcək və iş prosesindən də zövq alacaqsınız. Uğurlu karyeranın sirri də elə bundadır.
Texniki bacarıqlara hardan yiyələnmək olar
Şəxsi keyfiyyətlər bütün həyatımız boyunca inkişaf edir. Amma qarşılıqlı fəaliyyət və ünsiyyət bacarıqlarını qazanmaq olar. Texniki bacarıqlara tam yiyələnmək üçün xüsusi təhsil müəssisələri yoxdur. Amma insanların şəxsən onlara lazım olan kursları keçməsi üçün, məsələn, kreativ düşüncənin və ya liderlik keyfiyyətlərinin inkişafı üzrə təlim mərkəzləri var.
Üç ən çox tələb olunan “çevik bacarıq”
Ünsiyyət qurma bacarığı
Ünsiyyətdən bir “soft skills” olaraq bəhs edilərkən ətrafdakılarla münasibətləri qaydaya salmaq, uzunömürlü tərəfdaşlıq əlaqələri yaratmaq və ümumiyyətlə, uzaqdan onlayn şəkildə danışıqlar aparmaq bacarığı nəzərdə tutulur. Bugün bir çox peşələr bu vərdişi tələb edir.Onu inkişaf etdirmək çox çətindir, çünki ünsiyyət vərdişi şəxsiyyətin formalaşması prosesində qazanılır.
Uyğunlaşmaq qabiliyyəti
Dəyişən şərtlərə uyğunlaşmaq bacarığı karyerada yüksəlmək istəyənlər üçün qarşıdakı illərdə əsas göstəricilərdən biri olacaq. Əgər əvvəllər bir nəslin həyatında uyğunlaşmalı olduqları cəmi bir-iki hadisə baş verirdisə ( məsələn, kompyüter və internet, SSRİ-nin süqutundan sonra yeni iqtisadi sistemə keçid), artıq gələcək nəsillər, ekspertlərin proqnozlarına görə, belə dəyişikliklərlə təxminən hər beş ildən bir qarşılaşacaqlar.
Emosional zəka
Emosional intellekt empatiya (başqalarına qarşı anlayışlı olmaq) qabiliyyəti ilə əlaqəlidir, amma onları bərabərləşdirmək də olmaz. Emosional zəka geniş anlayışdır: o təkcə ətrafdakılara qarşı anlayışlı olmağı deyil, həmçinin, şəxs özü emosiyaları barədə birbaşa heçnə demədiyi halda belə onları dərk etməyi özündə daşıyır. Bundan başqa, praktik tapşırıqların yerinə yetirilməsində öz emosiyalarını idarə etmək qabiliyyəti də bura daxildir.
Özünüzdə emosional zəkanın inkişaf edib-etmədiyini üç kriteriyaya əsasən təyin edə bilərsiniz:
1)Şəxsi emosiyalarını təhlil edə bilmək. Məsələn, məyus olanda siz konkret olaraq nəyin sizi bu hala saldığını dəqiq bilirsiniz
2) Uğursuzluqdan sonra tez bir zamanda özünə gəlməyi bacarmaq
3) Birisinin sizdən çox şey istədiyini hiss etdiyinizdə “yox” deməyi bacarmaq
“Soft skills” daha nələri özündə əks etdirir?
Daxili motivasiya
Öz-özünü motivasiya edə bilmək istənilən insan üçün faydalıdır, amma bu, onlayn və ya layihə işlərində işləyənlər üçün daha vacibdir. Daxilən özünü həvəsləndirmək qabiliyyəti həm də gənc sahibkarlar üçün lazımlıdır.
Kreativ düşüncə
Qeyri-adi düşünmək bacarığı təkcə yaradıcı peşələr üçün xarakterik deyil. Məsələn, standart olmayan həll yollarını tapmağı bacarmaq rəhbər mövqe tutanlar üçün uyğundur. Kreativlik böhran zamanlarında, yəni, məsələn, iş proseslərinin həmişəki təşkili və qarşılıqlı fəaliyyət sxemlərinin artıq işləmədiyi vaxtlarda da köməyə çatır.
Hədəfləri təyin etmək bacarığı
Bu bacarıq uğurlu taym-menecmentliyin açarıdır. Tapşırıqları təcili və ikinci dərəcəli olanlara ayırmaqla, siz hər bir şeyi vaxtında görə bilmək üçün iş saatını da effektiv şəkildə bölüşdürməyi bacaracaqsınız.