maska

Cildinizin rəngini açmaq üçün 9 maska

Baxış sayı: 1. 686

*Qurudulmuş  portağal qabıqlarını sürtgəcdən keçirərək  süd və ya qaymaqla qarışdırın. Bir maddə halına gəldikdə təmiz cildə çəkin. 20 dəqiqə gözlədib ilıq su ilə durulayın.

* Ağ turp dəri rəngini açmaqda yaxşıdır. Dilimlənmiş ağ turpu  üzünüzə çəkə  bilər ya da suyunu sıxdıqdan sonra  pambıqla üzünüzə tətbiq edə  bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra yuya bilərsiniz.

* Yatmazdan əvvəl bir ədəd xiyarı rəndələyin və tənzif köməyiylə suyu ilə dənəsini ayırın. Əvvəl xiyar dənələri ilə üzünüzü ovalayın sonra xiyarın suyunu üzünüzə sürtün və səhər oyandığınızda üzünüzü yuyun.

* Sarıkök  ilə limon suyunu qarışdırın və üzünüzə sürtün. 20 dəqiqə sonra ilıq su ilə durulayın. Bu tətbiqi 2 gündə bir etsəniz təsirini qısa zamanda görəcəksiniz.

* Pomidorun suyu və unu qarışdırın və maska konsistensiyasına gəlincə üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun.

*Qaymaq, pomidor suyu və yulaf ununu yaxşıca qarışdırın və məcun konsistensiyasına gəldiyindən əmin olduğunuzda üzünüzə sürtün. 20 dəqiqə gözləyin və üzünüzü yuyun.

* Gül suyu, limon suyu, yumurta, badam yağı, bal, yulaf unu, sirkəni bir qabda qarışdırıb üzünüzə sürtün. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

* Kartof dəri rəngini açmada olduqca təsirlidir. Böyük kartofları  dilimləyin və üzünüzdə 15 dəqiqə gözlətdikdən sonra üzünüzü yuyun.
* Əgər göz altı morluklarından şikayətçisinizsə,  gündə ən az 10 stəkan su üçün. Çox su istehlakı göz altı bənövşəliklərin aradan qaldırılmasında təsirlidir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir