CIMERLIK GEYIMI

Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa…

Baxış sayı: 643

Artıq dəniz sezonu başlayıb. Dənizə gedərkən qadınların yaşadığı çətinliklərdən biri də bikini və mayo seçimidir. Bəs, çimərlikdə həm dəbli, həm də rahat necə görünmək olar?

Moda dünyasına aid olan bikini sektoru da tez-tez  dəyişir və yeni trendlər yaranır. Amma dəblə ayaqlaşmaq hər nə qədər yaxşıdırsa, özünə yaraşanı geyinmək də bir o qədər önəmlidir.

Belə ki, bikini alarkən ilk növbədə dərinizin rənginə uyğun olanı seçin. Çimərlik paltarının astarlı və ya astarsız olduğuna da diqqət edin. Çünki bu da əsas məsələlərdən biridir. Sudan çıxarkən bədənin müəyyən nahiyələrinin bilinməsi istənilmirsə, astarlı geyimlərə üstünlük verilməlidir.

Onlayn alış-veriş zamanı çətinlik çəkdiyimiz mövzulardan biri də ölçü seçimidir. Bu zaman ölçüyə tam əmin ola bilmirik. Ancaq bikini seçimi zamanı əgər iki ölçü arasındasınızsa, kiçik ölçünü seçməyə üstünlük verin. Çünki dəniz suyu çimərlik geyimlərini və bikiniləri genişləndirir.

Bu mövzuda diqqət etməli olduğumuz ən əsas məsələ mayo və ya bikini modelinin materialıdır. Əgər çimərlik paltarınızla hovuza girsəniz, çox güman ki, hovuzun suyu xlorlu olduğundan geyiminizin rəngi zamanla solacaq.

Kiçik sinələrdən narahat olan qadınlar üçün ən böyük qurtarıcı aşağı hissədən dəstəyi olan məhsullardır.

Bikini seçimində dayaqlı “crop”lara üstünlük verilirsə, sinəniz istədiyiniz şəkildə görünəcək. Ancaq belə model sevmirsinizsə, çalışıb rəngli bikinilər alın. Tünd rənglər sinəni daha da kiçik göstərəcək. Ancaq çiçəkli, rəngarəng çimərlik paltarları bu xanımların xilaskarı olacaq.

Sinəsi böyük olan qadınlar üçün uyğun bikinini tapmaq isə bir az çətindir. Əvvəla, həddindən artıq dekolteli çimərlik paltarlarından uzaq olmaq lazımdır.

Bu üslubda sinənizi bir az daha çox örtən modellərə üstünlük verilməlidir. Belə geyimlər sizin daha rahat olmağınıza şərait yaradacaq.

Ayaqları qısa olan xanımlar yüksək bel geyimlərdən istifadə etməlidir. Bu zaman ayaqlarınız olduğundan daha uzun, beliniz isə daha incə görünəcək.

Çiyinləriniz dardırsa, boyunbağılı bikinilər seçə bilərsiniz. Əslində bu, geniş çiyinlilərin qaçması lazım olan modellərdəndir.

Qalın belə sahib olan xanımlar bikinidən çox, mayolara üstünlük verməsi tövsiyə edilir. Xüsusilə qara rəngli geyimlər həm belə formalı qadınlar üçün yaxşı seçimdir, həm də bu çalar demək olar ki, heç vaxt dəbdən düşmür. Zərif görünmək istəyənlər üçün bu mayolar vazkeçilməz hesab olunur.

Sonda onu da qeyd edək ki, istədiyimiz modeli seçmək öz əlimizdədir. Həmin geyimdə özümüzü yaxşı hiss ediriksə, onun forması, modeli və ətrafımızdakıların fikirləri önəmli deyil.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir