sortik

Çimərlik şortu alanda diqqət yetirilməli üç şey

Baxış sayı: 1. 875

Əgər hələ də çimərlik şortunuzu almamısınız isə, sizə verəcəyimiz məsləhətlərə diqqət yetirin. Çimərlik şortları həm cazibədar, həm də rahat olmalıdırlar.

Çimərlik şortu alanda diqqət yetirməli olduğunuz üç şey:

1. Boyunuzu nəzərə alın
Boyunuz çox uzundursa, uzun şortlara üstünlük verin. Daha qısa boylu kişilər isə daha qısa şortlara üstünlük verməlidirlər. Yaxşı olar ki, ümumiyyyətlə şortlar diz qapağının üstünə düşməsinlər, sudan çıxan zaman diskomfort yaradır. Ümumiyyətlə qəbul edilən norma isə 20 sm uzunluqdur (ayaq arasından hesablanır).

2. Ölçü
Şalvar alan zaman necə ki, böyük ölçülər almırsınız, çimərlik şortları da üstünüzdə tam oturmalıdır. Torba effekti verəcək şortlardan yan gəzin. Çimərlikdə cazibədar və formda görsənmək istəyirsiniz isə öz ölçülərinizə uyğun şortlar əldə edin.

3. Rəng
Rəng seçən zaman dərinizin rənginə uyğunlaşdırın. Əgər siz ağ dəriyə maliksiniz isə, açıq rəngləri asanlıqla seçə bilərsiniz. Tünd yaşıl, bənövşəyi, boz rənglər isə bütün dəri rənglərinə uyğunlaşa bilirlər. Printlərə gəldikdə isə, əgər daha çox diqqət çəkmək istəyirsiniz isə, “qışqıran” printlərə üstünlük verə bilərsiniz. Daha az diqqət istəyirsiniz isə, saya ya da “sakit” printlərə üstünlük verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir