hamile

Çin təqvimi ilə uşağın cinsiyyətini öyrənmək mümkündür?

Baxış sayı: 3. 424

Ailələr üçün doğulacaq uşağın oğlan, yoxsa qız olacağı maraqlıdır. Müasir dövrdə USM müayinəsi sayəsində gələcək ailə üzvünün cinsini asanlıqla müəyyənləşdirmək olur. Lakin bəzi qadınlar 3 və 4 ayın tamam olmasını gözləmək istəmir və gələcək uşağının cinsiyyətini hamilə qaldığını bilən kimi öyrənmək istəyir.

Ötən əsrlərdə uşağın cinsiyyətini riyazi hesablama və ya Çin təqvimi ilə müəyyənləşdirirdilər. Yəqin ki, bu barədə çoxunuz eşitmişiniz. Bəs bu, nə dərəcədə doğrudur? Hesablama və ya Çin təqvimi üsulu ilə uşağın cinsiyyətini müəyyən etmək olarmı?

Türkiyəli ginekoloq Kutlugül Yüksəl bu barədə açıqlama verib.

“Gencaile.az” ginekoloqun açıqlamasını təqdim edir:

hamilelik

Çin təqvimi doğru nəticələr verirmi?

Çin təqvimi üsulunda ana namizədlərinin hamilə qaldıqları yaşla hamilə qaldığı ay arasında bəzi tənliklər aparılır. Ginekoloqun sözlərinə görə, bu üsulla körpənin cinsiyyətini dəqiq müəyyəşlədirmək mümkün deyil:

“Xəstəxanada gündə ən az 50 doğuş baş verir. Şəxsi təcrübələrimdən deyə bilərəm ki, qadınların əksəriyyəti yanıldıqlarını etiraf edir. Təcrübə göstərir ki, Çin təqvimi uşağın cinsiyyətini müəyyən etməkdə acizdir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir