Rustem A

Çində təhsil alan həmyerlimiz: “Tələbə dostum müəllimin evində dolma bişirməyə devet olunmuşdu”

Baxış sayı: 1. 998

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Fudan Universitetində  “Computer science” ixtisası üzrə bakalavr təhsili alan Rüstəm Ağayevdir.

 

– Necə oldu xaricdə təhsil almaq qərarına gəldiniz və ən əsası niyə Çini seçdiniz?

Təhsilin səviyyəsi və təqaüd almaq imkanının olması seçimimdə əsas rol oynadı.

 

– Maraqlıdır, Çinə yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Doğrusu, getmədən əvvəl heç bir təəssüratım yox idi. Gələndən sonra Çinin texnologiya cəhətdən bütün dünyadan nə qədər öndə olduğunu anladım. Məsələn, burda hər hansı bir şey aldıqda, telefon ilə ödəniş edə bilərsən. Əlavə olaraq Çində hər şey çox sistemləşdirilmişdir, amma buna baxmayaraq həm də ki çox elastikdir.

 

–  Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

Təhsilin səviyyəsi universitetdən univesitetə dəyişir, Hörmət edib qiymət alma təcrübəsi mövcud deyil. (ən azından mənim oxuduğum universitetdə)

Rustem Agayev

–  Ümumiyyətlə, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?

Bu daha çox tələbə və müəllimdən asılıdır.  Birdə ki, sinifin nə qədər böyük olduğundan. Bakalavr kurslarının çoxunda dərslərdə 60-dan yuxarı tələbə iştirak edir və müəllim çox vaxt heç onların adların bilmir. Amma daha kiçik siniflərdə cox vaxt dost əlaqəsi olur. Hətta menim dostum müəllimi tərəfindən müəllimin evində dolma bişirməyə devet olunmuşdu.

 

– Ölkə xaricində təhsil aldıqdan sonra Azərbaycan təhsil sistemində nələrin dəyişməsini istərdiniz?

Təhsilimizin daha bir yönlü və “konkret” olmasını istərdim. Həmçinin dərs seçmə və kredit sisteminin yaradılması yaxşı olardı. Amma bundan daha vacib məsələ insanların təhsilə necə baxmasıdır.  Məncə,  insan valideynləri oxu dediyine görə yox, özü oxumaq istədiyinə görə oxumalıdır, Başqa sözlə, oxumaqda hər kəs özü maraqlı olmalıdır. Kimsə özünüə karyera qurmaq istəyirsə, mütləq təhsil almalıdır.

 

– İlk baxışdan Çin ilə Azərbaycan arasında xeyli fərqlər var. Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul ede bilmirsiniz?

Çinlilərlə çox söhbət etdiyimi və dəyərlərini yaxşı anladığımı söyləyə bilmərəm. Bunnla bağlı hər hansi bir fikrim yoxdur.

 

– Bizim mətbəxlə Çin mətbəxi arasında ciddi fərq var. Məsələn, it əti, pişik əti, müxtəlif  həşəratlar yeyilir. Yemək məsələsi sizin üçün nə qədər çətindir?

Çin mətbəxi haqqında çoxlu belə stereotip var, ancaq it və pişik ətləri Çinin çox az yerində yeyilir. Həsarat isə indiyə qədər demək olar ki, görməmişəm. Ümumiyyətlə, Çin mətbəxində çoxlu maraqlı və dadlı yeməklər var. Yemek məsələsi mənim üçün heç də çətin deyil. Buna baxmayaraq, Çində azərbaycanlı üçün vacib olan bəzi yeməklər yoxdur. Məsələn, burda çörək baha ve dadsızdır. Əlavə olaraq, Çinin şirinyatları da o qədər də yaxşı deyil.

 

– Azərbaycanlı və çinli gənclərin həyat tərzi çox fərqlidirmi?

Yaşlı məsllə müqayisədə çinli gənclərin həyat tərzi ortalama avropalı gəncin həyat tərzi ilə demək olar ki, eynidir.

 

– Çində də bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər çinlilərin sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

Bu haqda o qədər də məlumatlı deyiləm, amma qız anaların oğullarına qız seçməsi məsələsi ailədən ailəyə dəyişir.

Rustem AGAYEV 1

– Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı hansı məqamlar təəccüblə qarşılanır?

Düzü, təəccüblə qarşılaşan bir sey hələlik olmayıb.

 

 – Ümumiyyətlə, Çin əhalisi ölkəmiz haqqında nə dərəcədə məlumatlıdırlar?

İnsanların əksəriyyəti ölkəmiz haqqında heç nə bilmir. Bilənlər isə daha çox  vaxtilə SSRİ-nin daxilində olduğumuzu xatırlayır.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Doğrusu, hələ ki, konkret hər hansı bir iş gördüyümü söyləyə bilmərəm, amma təbii ki, xarici dostlarımı bu cür problemlər haqqında məlumatlandırıram.

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

RUSTEM




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir