Onların sevdikləri ilə problemləri yoxdur, sadəcə bəzi cinsi hərəkətlərdən, ya da bütünlüklə cinsəllikdən iyrənirlər.
Onlar kimdir? Hər 100 insandan bir, ya ikisi. Daha çox qadınlar, bəzən isə kişilər…
Qadınlar və daha az sayda olmaqla bəzi kişilər hər hansı cinsi yaxınlıq zamanı iyrənmədən bulantıya, qusmaqdan ürək getməyə qədər kəskin reaksiyalar göstərə bilirlər. Hətta bu davranışlar bütün cinsəlliyə qarşı da yaşana və cinsəllikdən qaçmaqla nəticələnə bilir. İşin qəribə tərəfi isə odur ki, bu insanların sevdikləri ilə heç bir problemi yoxdur. Çox sevirlər, ancaq sevişə bilmirlər. Onlara aşqdirlər, ancaq bu sevgilərini cinsəlliklə göstərə bilmirlər.
“Cinsi diksinmə pozuntusu” adlanan bu rahatsızlığın səbəbləri nələrdir və kimlərdə daha çox görülür?
Günah, ayıb kimi dəyərləndirmələr ortaya çıxır
Cinsi diksinmə pozuntusu insanın həmişə hər hansı bir cinsi hərəkətdən iyrənməsi, diksinməsi və buna bağlı göstərdiyi reaksiyalarla ortaya çıxan cinsi funksiya pozulmaları olaraq bilinir.
İnsan öpüşmə, oral seks, cinsi orqanı görmə, toxunma, genetik ifrazatlar, birləşmə, ya da cinsi fəaliyyətin bütünlüklə hamısından diksinmiş olur. Pozuntunu yaşayan insan hər nə olur olsun bu diksindiyi şeylərlə qarşılaşdığında gərginlik, sıxıntı, bəzən öyümə, qusma, özünü pis hiss etmək, nadir hallarda ürək getmə yaşayır və cinsi münasibət yarımçıq qalır.
Bu halla bağlı cinsəllikdən qaçan insanın cinsi həyatı mənfi təsirlənir. Bu rahatsızlığın görülmə sıxlığı hər 100 insandan bir, ya ikisindədir. Əsas səbəbləri bilinməsə də, tez-tez “ayıb, günah , iyrənc bir şeydir”, – deyərək cinsəlliyi alçaldan valideynlər, böyüklər bu narahatlığı yaradan ilk səbəbkarlardır.
Təmizlik vəsvəsəsi olanlarda sıx görülür
Cinsi diksinmə pozuntusu olan insanları araşırdıqda bu insanların obsessiv şəxsiyyət pozuntusu və “təmizlik xəstəsi” olduqları görülmüşdü. Bundan başqa vaginizm də diksinməyə səbəb ola bilər.
Təcavüz, həmcinsə meyl də səbəb ola bilər
İnsanın uşaqlıq yaşında, ya da sonrakı dövrlərdə yaşadığı cinsi travmalar, təcavüzlər nəticəsində bu pozuntu yaşanır. Çox qadınlarda görünən bu hal kişilərdə də eyni səbəblərdən dolayı yaşana bilər. Homoseksual meyllilik də səbəb ola bilər. Həmcinsinə daha çox meyli olan şəxslər bunu qarşısındakına etiraf edə bilmir və özü də bunu qəbul edə bilmədiyindən özünü cinsəlliyə məcbur edir və nəticədə diksinmə yaşayır.
Cinsi diksinmə pozuntusunun müalicəsi 6 ay ilə 1-2 il arasında davam edir. Bu müalicədə xəstənin partnyorunun da iştirak etməsi gərəklidir.