Peoples Daily online xəbər agentliyinin xəbərinə görə, Şiyan şəhərində yaşayan Qan Tsui adlı gənc boğulmaq üzrə ikən polislər tərəfindən tapılıb.
Boğulmaqdan son anda xilas edilən 25 yaşlı oğlan tezliklə xəstəxanaya çatdırılıb. Polislərə ifadə verən oğlan ailəsinin israrlarına dayana bilmədiyi üçün tanımadığı bir qızla evləndirildiyini deyib. Lakin gəlini gördüyü anda ölməyə qərar verib.
Çirkin qadınla birlikdə yaşamaq istəmədiyini deyən Tsui göldə boğularaq ölməyə çalışıb. Hazırda xəstəxanada müayinə edilən gənc evinə qayıtmayacağını deyib.