Çirkin deyə adlandırılan diş telləri – breketlər əksinə, pis görünən dişlərinizdən sonra görünüşünüzə simpatiklik qatır, əmin olun.
Sırf görünüşünə görə taxdırmaq istəməyənlərə belə bir sual vermək istərdik: “Görəsən neçə dəfə dişlərinizi göstərərək qəhqəhə çəkmisiz? Ya da əllərinizin ağzınıza getmədiyi gülüşləriniz oldumu heç?”.
Cavab bəlli olunca, vaxt itirmədən diş telləri ilə tanışın. Unutmayın, onlar sadəcə qısa müddətlik taxılır.
Türk seriallarının simalarından olan Sinem Kobal da sahib olduğu gözəlliyini breketlərə borclu bilir: “Uzun müddət düşünsəm də, cəsarət etmirdim. Niyə bu qədər düşündüm anlamıram. Yaxşı ki, çox gec qalmadım. Gülənlər, lağ edənlər oldu, mənim utandığım anlar da… Ancaq inci kimi dişlərə sahib olacağımı düşündüyüm zaman varlıqlarını unutdum”.
“Gencaile.az” bu yazıda breketlərlə bağlı hər kəsi maraqlandıran sualları cavablandırmağa çalışacaq.
Niyə taxdırmalıyıq?
Stomatoloq dişlərinizin və çənənizin müalicə edilməsi gərəkdiyini və gələcəkdə qarşılaşa biləcəyiniz problemləri ortadan qaldırmaq üçün breket taxmağı məsləhət görür? Dişlərdə əyriliklər, çənə problemləri breket taxmağın başlıca səbəblərdir.
Taxarkən ağrı olurmu?
Narahat olmağa dəyməz. Heç bir ağrısı yoxdur, ancaq ilk günlərdə özünüzü ağzınızda artıq bir şey varmış kimi narahat hiss edə bilərsiz. İşləmi çox asan olan diş tellərinin taxılması zamanı bəzən dişlər çəkilə bilər. Çənə dişlərin tam yerləşməsi üçün uyğun olmadığında arxadan eyni mövqedə olan iki diş çəkilir.
Breketlərin ağızdakı hissi necədir?
Taxıldığı gündən ağzınızda narahatlıq hiss edə bilərsiz. Taxıldıqdan 3-5 gün boyunca dişlərdə həssaslıq, bir azda ağrı hiss edilə bilər. Zamanla keçir. İnsan diş tellərinə öyrəşdikdən sonra ağzında onun olduğunu belə unudur.
Yeyilməməsi gərəkən şeylər varmı?
Qatı, yapışqan, ya içində çox şəkər olan qidalar dişlərə və diş tellərinə zərər verə bilər. Asitli içkilərdən isə tamamən uzaq durun.
Yetkinlər breket taxdıra bilərmi?
Əgər çənə skeleti ilə bağlı ağzı bağlama kimi probleminiz də varsa, əməliyyata da ehtiyac duyula bilər. Heç bir insan breket üçün “yaşı keçmiş” sayılmaz.
Breketlər çürüklərə səbəb olurmu?
Çürüklərə səbəb olmasa da, ağızda yeməklərin, bakteriyaların toplanacağı əlverişli yer olduğundan yaxşı təmizlənməsi lazımdır.