cirkli-bez

Çirkli bezlərin sayı ilə körpənin doymasını belə təyin edin

Baxış sayı: 1. 728

Əksər analar körpənin tez-tez əmərək yuxulaması və yenidən oyanaraq döşə qoyulmasını istəməsi səhv və çaşdırıcı təəssürat yaradır. Gənc valideynlər unutmamalıdırlar ki, dünyaya yenicə göz açan körpənin çox kiçik ölçülü mədələri, məhdud gücləri və hələ tam formalaşmamış əmmə qabiliyyəti olur. Körpənin doyması haqqında əmin olmaq istəyən ana müxtəlif metod və vasitələrə müraciət edirlər.

Lakin ən etibarlı və düzgün üsullardan başlıcası yaş və çirkli (nəcisli) bezləri saymaqdır. Çünki bədən nə qədər qəbul edirsə bir o qədər də ifraz edir. 1-2 günlük körpənin mədəsinin ölçüsü təxminən bir albalı, 3-4 günlük bir qoz, 5-6 günlük bir ərik, 1-3 həftəliyin isə bir toyuq yumurtası böyüklüyündədir. Məhz bu səbəbdən körpəyə qida rejimi tətbiq olunmadan, tez-tez və az-az yeməsi tamamilə normaldır.

Hesablamalara görə, sutkada 8-12 əmizdirmələr və nəticədə eyni sayda sidiyə getmələr olmalıdır.Pediatrların tövsiyyələrinə görə, körpələrə 6 ayına kimi ana südündən əlavə heç bir formada digər mayelər (su, çay, şirə və s.) verilməməlidir.

Yalnız ana südü ilə qidalandırılan körpələrin yaş və çirkli bezlərinin sayılması üsulu onların doyması haqda ən dürüst məlumat verə bilər. Etalon olaraq bir uşaq bezinə 1 xörək qaşığı su tökün, bu sizə bir sidiyə getmə miqdari haqqında təsəvvür yaradacaqdır. Baxmayaraq ki, uşaq bezləri körpələri uzun müddət quru saxlamaq xassəsinə malikdir lakin xaricdən hətta bir dəfə yaş olan bez yumşaq olur. Bu göstəriciyə əsasən, cüzi miqdarda yaş və yumşaq olan bezi dəyişərək sayını qeyd etmək olar. Beləcə sutkada körpənin sidiyə getmə tezliyini ölçmək olar.

– 1-2 günlük körpə – 2 yaş və 2 çirkli,

– 3-4 günlük – 3-4 yaş və 3 çirkli,

– 5 gün-3 həftəlik körpə isə ən azı 6 yaş və 3 çirkli bez ifraz edir.

– 3-6 həftəliyindən etibarən isə yaş bezlərin 8-12 sayına çatmalıdır.

Çirkli bez üsulundan istifadə edərək hesablamalar aparan valideynlər körpələrinin doymamasından artıq narahat olmaya bilərlər.

Müəllif: Səltənət Zülfüqarova,

Əmizdirmə məsləhətçisi

Vib.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir