ciyelek

Çiyələk mürəbbəsini bu cür hazırlayın

Baxış sayı: 1. 351

Hazırda çiyələyin mövsümü olduğu üçün xanımlarımız  bu güləmeyvədən mürəbbə hazırlamaq haqda düşünməyə başlayıb. Məhz bunu nəzərə alıb, çiyələk mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik.

 

Çiyələk mürəbbəsinin resepti.

Çiyələk 1 kq

şəkər tozu 700qr

 

Hazırlanma qaydası:

Çiyələk aşsüzənin içində altında da bir ləyən axar suyun altında yaxşıca yuyulur. Suyu süzüləndən sonra saplaqlaqlarından təmizlənib növbəli şəkildə altdan şəkər tökülməklə geniş bir ləyənə yığılır. Çiyələyin növündən asılı olaraq 1-2 saatdan  5-6 saata qədər gözlədirik ki, su salsın. Su salandan sonra ləyəni ocağın üzərinə qoyuruq. Əvvəlcə ocağı zəif açırıq gözləyirik ki, suyu bir qədər də artsın. Sonra qazı artırırıq. Ləyəni silkələyə-silkələyə  kəfkirin arxası ilə meyvələri kənarlardan ortaya doğru itələyirik. Çiyələk zərif meyvə olduğu üçün onu gür odda tez bir zamanda bişirib götürmək lazımdır. Bu arada çıxan kəfləri sonuna qədər yığmaq lazımdır ki, mürəbbəmizin rəngi gözəl olsun, sonradan qalıb qıcqırmasın.  Hazır olmasını üzərində  qabarcıqların çoxalmasından qatılaşmasından hiss edirik. Bu zaman mürəbbənin suyundan qaşığın ucunda 1 damcı boşqaba  damızdırırıq əgər yayılmırsa olduğu kimi qalırsa demək mürəbbəmiz hazırdır bankalara  yığıb sərin yerə qoya bilərsiniz. Yox əgər sizə elə gəlirsə ki, mürəbbəni ocaqdan  tez götürmüsünüz onda ləyənin üzərinə bir tənzif atın 2-3 gün gözlədin sonra bankalara yığın.

Nuş olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir