Şirniyyat sevərlər ilin bütün mövsümlərində şirniyyat reseptləri ilə maraqlanır. Əgər siz də belələrindənsinizsə, bu resept tam sizin üçündür. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sizə çiyələkli piroqu necə hazırlaması ilə tanış edəcəyik.
Çiyələkli piroqun tərkibi:
Xəmir üçün. 2-st un,
100-q yağ,
1-/2-st şəkər tozu,
1-yumurta,
2-xq xama,
1-xq qabartma tozu,
1/2-cq vanelin.
Üzəri ücün. 0,5-kq ciyələk,
1-st şəkər tozu.
Hazırlanma qaydası
Əvvəlcə azca yumşaldılmış yağın içinə yumurta əlavə olunub qarışdırılır.
Daha sonra xama əlavə olunur və qarışdırılır.
Üzərinə qabartma tozu və vanillin əlavə olunur. Daha sonra yavaş-yavaş un əlavə olunaraq qarışdırılır. Daha sonra alınan yumşaq xəmiri iki saat soyuducuda saxlamaq lazımdır.
Daha sonra yarım kilo çiyələyi doğrayıb üzərinə bir stəkan şəkər tozu tökərək qarışdırılır.
Soyuducudan götürülən xəmir yayılıb formaya yerləşdirilir.
Hazırlanan çiyələk üzərinə əlavə olunur.
Daha sonra bişməsi üçün sobaya qoyulur.
Soyuduqdan sonra doğrayıb üzərinə pudra şəkəri səpilir və süfrəyə verilir.
Piroqu dondurma, eyni zamanda çayla da süfrəyə verə bilərsiniz.
Nuş olsun!