Hərdən, əl altında dəftər-qələm olan zaman, adamlar bir işlə məşğul olur (telefonla danışır, nəyəsə qulaq qasır, nəyisə gözləyir və s.) və bu zaman kağız üzərində qeyri-ixtiyari olaraq, yəni fikir vermədən hansısa rəsmlər, cızmaqaralar edirlər.
Bonn psixologiya institutunun psixoloqları bu fenomeni tədqiq etmək üçün bir il davam edən eksperimentlər aparıblar. Müəyyən olunub ki, bu cür rəsmlər heç də mənasız deyildir, onlar insanın həmin ana olan psixoloji durumu haqda çox şeydən xəbər verir. Başqa sözlə, həmin rəsmlərə əsasən insanın konkret ana olan təxmini psixoloji portretini təyin etmək və ümumiyyətlə, onun xarakteri barədə nəticələrə gəlmək mümkündür.
Həmçinin, azyaşlı uşaqların kağız-qələmlə oynayarkən etdiyi təsvirlər onların həmin ana olan düşüncələrini təyin etmək üçün etibarlı üsuldur.
İxtiyarsız rəsmlərdə daha çox rastlanan təsvirlər və onların nəyə dəlalət etdiyi barədə:
Ulduzlar və aypara
Belə adamlar daim diqqət mərkəzində olmağı arzu edirlər. Onların güclü iradəsi, rəhbərlik qabiliyyəti olur. Eqoizmdən xəbər verir. Ulduzun beşdən artıq guşəsi olursa, adam həmin anda ruhi təlatümlər yaşayır demək.
Günəş və (və ya) buludlar
Pozitiv, xəyalpərəst adamlara xasdır. Buludlar arasından şəfəq saçan günəş adamın həmin anda özünü yaxşı hiss etməsindən xəbər verir. Günəşin önünü buludlarla örtürsə, demək, hansısa problemləri yaranmışdır.
Ev rəsmləri
Tənhalıq hissi ilə yaşayan adamlara xasdır. Səliqəlidilər. Hər şeydə nizam-intizam olmasına çalışırlar. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün həmiçə ciddi səy göstərirlər. Ev rəsmi adamın ev üçün darıxmasından xəbər verir əksər hallarda. Bəzən, ailə həyatında problemi olan adamlar da ixtiyarsız ev rəsmləri çəkirlər.
Bucaqlı fiqurlar (üçbucaq, kvadrat və s.)
Güclü xarakterdən xəbər verir. Sözü birbaşa deyəndilər. Hislərini gizlətmirlər. Fiqurun bucaqlarının çox olması adamın daha inadkar olmasından xəbər verir. Fiqurlar hansıa vahid təsviri xatırladan şəkildə bir-birinə birşəldirilibsə, o deməkdir ki, adam xoşu gəlməyən hansısa işdən yaxa qurtarmaq istəyir, bunu necə etmək barədə düşüncələr onun şüuraltını məşğul edir.
Dairələr
Adam ədalətsizliyə məruz qaldığını hesab edir. Sevdiyi adamdan etinasızlıq görür, özünə layiqli qiymət verilmədiyini hesab edir və s. Dairələrin sayı nə qədər çoxsa, adamın incikliyi, narazılığı o qədər çoxdur demək.
Dalğalı xətlər
Adamın hansısa problemlə üzləşməsindən, onun həlli ilə bağlı fikir çəkməsindən xəbər verir. Dalğaların böyüklüyü problemin ciddiliyinə işarə edir.
Spirallar
Özünə qapanıqlı adamara xasdır. Başqa adamların problemləri onları maraqlandırmır. Bəzən, adamın həyatında ağır günlərin başlamış olmsaından xəbər verir.
Gül, çiçək, yarpaq
Romantik adamlara xasdır. İsti, etibarlı münasibətlər həsrətində olmasından xəbər verir. Sivri ləçək və ya yarpaqlar çəkirsə, həyat hadisələrini həddən artıq dramatikləşdirməyə meylli adam olması deməkdir. Yəni, normalda adi sayılmalı şeylərdən faciə düzəltməyə meyllidir.
Qəfəs, tor
Adamın çətin vəziyyətə düşmüş olmasına işarə edir. İstənilən halda, həll etməyə çalışdığı hansısa bir problem, çıxış axtardığı çətin bir durum var demək. Qəfəsin bir tərəfini açıq saxlayıbsa, deməli, problemdən hansısa çıxış yolu qərarlaşdırmışdır, yaxud qərara almaq üzrədir.
Heyvanlar
Hər bir insanın yaddaşında heyvanlar hansısa insani xasiyyətlərlə asossasiya olunur: tüklü hiyləgərlik rəmzi, öküz güc rəmzi, it sədaqət rəmzi, quş yüngüllük rəmzi və s. Məsələn, adam yaxınlarda kimsə tərəfindən aldadılmışdırsa, həmin adam barədə neqativ fikirlər onu tülkü rəsmi çəkməyə sövq edə bilər. Yaxud, konkret heyvan rəsmi adamın bu heyvana qarşı xüsusi simpatiyasının və ya qorxusunun olmasına dəlalət edə bilər.
İnsan rəsmləri
1) Sifət təsvirləri adamın tənhalıqdan əziyyət çəkdiyinə işarə edir. Ola bilsin ki, həmin anda kiminləsə söhbətləşmək, dərdini bölüşmək ehtiyacı var;
2) Üz cizgilərini xırda detallaradək təsvir edirsə, adam özünün xarici görkəminə ciddi diqqət ayırır, özünün hansısa üz əlamətlərini fərqi şəkildə görmək istəyir;
3) eybəcər insan təsvirləri adamın ünsiyyətə meylsizliyinə, ətrafında olan adamlardan zəhləsi getdiyinə dəlalət edir əksər hallarda.
Göz
Özünü hansısa hadisədə günahlandıran, özünü tənqidə meylli adamlara xasdır. Ona dəlalət edir ki, adam baş vermiş hadisədən necə təmiz çıxmaq barədə bu aralar çox fikir çəkir.
Dodaqlar
Həssas, yaradıcı adamllara xasdır. Belə adamlar özlərinə daha çox diqqət gözləyirlər. Dodaqlar həcmli təsvir olunubsa, adamın o anda aqressiv kökləndiyindən xəbər verir.
Təkralanan naxışlar və ya fiqurlar
Eyni bir şeyi çox dəfə çəkibsə, adamın həyatında monotonluq, darıxdırıcılıq var deməkdir. Adam nələrisə kökündən dəyişmək arzusundadır, amma necə etmək lazım gəldiyini bilmir.
Durğu işarələri
Bu cür işarələr (nida, sual, vergül, tire, nötə və s.) adamın hər şeyi bilmək ehtirasından xəbər verir.