yemeye ne var

Çoban qovurması belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 450

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə çoban qovurmasının hazırlanma qaydasından bəhs edəcəyik.

 

Ərzaqlar:

1.5 kilo quzu və ya dana əti

3 yemək qaşığı duru yağ

3-4 diş sarımsaq

5-6 ədəd acı bibər

4 orta boy pomidor

5-6 ədəd göbələk

1 baş soğan

Duz, istiot, cirə, kəklikotu

1 dəstə cəfəri

COBAN QOVURMASI

Hazırlanması:

Əti kubik şəklində doğrayıb tavada qovurun. Yağı, göbələyi və soğanı əlavə etdikdən sonra qarışdırın. Bibəri, sonra isə sarımsağı əlavə edib qarışdırın. Ətin suyu çıxanda duz və ədviyyatları, sonda xırda doğranmış pomidoru əlavə edib suyu çəkilənə qədər qovurun.

Nuş olsun!

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir