coca-cola

Coca-Cola-nı dünya brendi halına gətirən 7 strategiya

Baxış sayı: 1. 054

İlk dəfə çıxdığı zaman hər kəs ona kokainli iksir deyirdi. Təqvimlər 1886-dan, 1929-a gələndə isə hər kəsin tanıdığı qazlı bir içki idi. Bu gün baxdığımız zaman Cola, 200 fərqli ölkədə 1.9 milyard porsiya istifadə olunmuşdur. Coca-Cola isə artıq dünya malı olmuş böyük bir şirkətdir. Bəs bu hala necə gəldi?

 

1. Resepti sir kimi saxlanılırdı və bütün bazar testlərini keçmişdi.

Reseptində 1903 ilinə qədər kokain istifadə edilirdi, amma sonra kokain reseptdən çıxarıldı. 1985-də “Yeni Kola” çıxana qədər resept eyni qaldı. Bazar hər zaman resepti kopyalamağa çalışdı. Bu isə Coca-Cola şirkətinin məşhurluğunu daha da artırmış oldu.
Coca-cola
2. Loqosu bütün dövrlərə uyğundur!
coca-cola logo

Vaxtı ilə müsabiqədəkilərin istifadə etdiyi Spencerian fontu ilə yazılan loqo, Coca-Cola-nı rəqiblərindən fərqləndirəcəkdi. 1923-cü ildən bu yana loqo standart hala gətirildi. Qablaşdırma dəyişsə də, loqo həmişə eyni qaldı.

 

3. 1915-ci illərdə bütün kola markaları eyni dizayndakı butulkanı işlədirdi, Coca-Cola isə bir fərq yaratdı!
coca-cola

Coca-Cola-nı önə çıxaracaq bir addım atmaq lazım idi. Məhsulu həm daha yüksək keyfiyyətdə göstərmək, həm də fərqli etmək qərarına gəldilər. Yarış keçirdib, ən yaxşı butulka dizaynını seçəcəkdilər. Yarışın qaliibi isə Root Glass şirkət oldu və kolanın butulkası da ikonikləşdi.

 

4. Coca-Cola-nı satmağın qaydaları var idi.

Ernest Woodruff-un Trust şirkəti 1919 ilində Coca-Cola-nı aldı. Keyfiyyəti qorumaq üçün müəyyən standartlar qoymağa başladılar. Coca-Cola 2 dərəcə istilikdə servis edilməli idi. Şirkət pərakəndə satıcılara içkini heç vaxt 4.5 dərəcədən yuxarı istilikdə satmamaqlarını dedi. Bu da Coca-Colanı rəqiblərindən daha dəyərli hala gətirdi.

 

5. 70 il qiyməti eyni qaldı
coca-cola qiyməti

Bir butulka Coca-Cola 1886-dan 1959-cu ilə qədər sadəcə 5 sentə satıldı.

 

6. Öz dünyasını yaratdı

Şirkət istifadəçilərə markanı mənimsəmək üçün imic yaratmaq qərarına gəldi. 1887-dən 1920-ci ilə qədər istehsal olunan məhsulların 10%-i pulsuz verilirdi. Bu sayədə markanı tanıyacaqlardı, eyni zamanda dekorasiya məqsədli marketlərə posterlər, saat və təqvimlər bağışlanılırdı.
coca-cola
7. Filialları sayəsində böyüdü

Coca-Cola nəhəng şirkət deyil, kiçik şirkətlərdən əmələ gələn bir sistemdir. Bu sistem sayəsində bütün məhsullar ortaya çıxır və yeni əlaqə kanalları əmələ gəlir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir