0d640a83b42b2eb6f059aad91d7a92d5

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA

Baxış sayı: 1. 465

“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.

Şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya “Coca-Cola”nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: ““Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

Qeyd edək ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” içkilərini təcili şəkildə yığışdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir