Yeni sübutlar göstərir ki, koronavirusun beynə hücumu çoxşaxəli ola bilər.
Türkiyəli nevrologiya mütəxəssisi Kaynak Selekler bu mövzuda təəccüblü açıqlamalar verib. Alimin sözlərinə görə, elmi araşdırmalar göstərib ki, koronavirus bir çox mexanizmlər vasitəsilə “Beyin şişi” və digər nevroloji simptomlara səbəb olur:
“O, birbaşa beyin hüceyrələrinə hücum edə, beyin toxumasına qan axınını azalda və ya beyin hüceyrələrinə zərər verə bilən immun molekullarının istehsalına təkan verə bilər. Xülasə, koronavirus yaddaşın pozulmasına və iflicə səbəb ola bilər. Araşdırmalar göstərir ki, COVID-19 beyində astrositləri yoluxdura bilər. Astrositlər normal beyin funksiyalarını dəstəkləyir. Neyronların və ya sinir hüceyrələrinin işləməsini təmin etmək üçün qida maddələri ilə təmin etmək də daxil olmaqla bir çox vəzifəni yerinə yetirir. COVID-19 ilə əlaqəli bəzi nevroloji simptomlarsa xüsusən də yorğunluq, depressiya, çaşqınlıq və unutqanlığa gətirib çıxarır”.
Kaynak Selekler qeyd edib ki, COVID-19-dan əvvəl və sonra insanların beyinlərinin görüntülərini müqayisə etdikdə beyin qabığının müxtəlif nahiyələrində boz maddənin azalması aşkar edilib. Mütəxəssislər bunun koronavirusun beyinə çatması üçün ən qısa yol olan burun boşluğunun selikli qişası vasitəsilə baş verdiyini söyləyirlər. Çünki virus adətən burun boşluğunda olur. (“Publika.az”)