Koronavirus

COVID-19-un yayılmasını azaldan vasitələr

Baxış sayı: 768

“The Economic Times” qəzetinin yazdığına görə, 2020-ci ilin may ayında başlayan klinik sınaqda Sinqapurdan 3000-dən çox miqrant işçi iştirak edib.

Altı həftəlik dövrdə karantində saxlanılan işçilərə “Povidone” boğaz spreyi və “Hidroksixlorokin” dərmanı verilib.

Klinik tədqiqatlarda iştirak edən 21-60 yaş arasındakı 337 nəfərin yarısından çoxunun 6 həftənin sonunda virusa yoluxduğu bildirilib.

Boğaz spreyi istifadə edənlərin virusa yoluxma səviyyəsi 46%, “Hidroksixlorokin” istifadə edənlərin isə 49% olduğu ortaya çıxıb.

Malyariyanın müalicəsində istifadə olunan bu dərmanların yüksək ötürücü mühitlərdə koronavirusun yayılma sürətini azaltdığı qeyd olunub. Alimlər “Povidone” spreyinin çirklənmə riskini 24%, “Hidroksixlorokin”in isə 21% azaltdığını açıqlayıb.

Araşdırmanın “Profilaktik müalicənin COVID-19-un yayılmasının azaldılmasında təsirli olduğunu göstərən ilk iş” olduğu qeyd edilib.

Mütəxəssislər bu növ profilaktik müalicənin gəmi, həbsxanalar və qaçqın düşərgələri kimi virusun yayılma riskinin yüksək olduğu yerlərdə istifadə edilə biləcəyini vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir