icki

Çox işləyən daha çox içir – TƏDQİQAT

Baxış sayı: 934

İş yerində həftədə 48 saatdan çox vaxt keçirən kişi və qadın işçilər spirtli içkilərdən daha tez-tez istifadə edirlər.

Dünyanın 14 ölkəsini təmsil edən alimlər tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, insanın gündəlik işə sərf etdiyi vaxtla onun spirtli içkilərə aludəçiliyi dərəcəsi arasında birbaşa asılılıq müəyən edilib.

Yeni elmi tədqiqat Britaniyada nəşr olunan tibbi jurnalda dərc edilib.

Tədqiqat Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Yeni Zelandiya, ABŞ, Tayvan, İsveç kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil 14 ölkə üzrə keçirilib. Həmin ölkələrdən 400 min nəfər tədqiqat şərçivəsində müşahidədən keçirilib.

Tədqiqatın nəticələrinə görə, çox işləyənlər arasında alkoqolizm riski normal iş həftəsi olanlarla müqayisədə bütövlükdə 11% artıq olub.

Həftədə 48 iş saatı əvəzinə 49-54 saat çalışanların həftədə 35-40 saat işləyənlərlə müqayisədə alkoqolizmə meyllilik riski 13% çox olub.

Spitli içkilərin riskli istehlakı, araşdırmalara görə qadınlar üçün 14, kişilər üçün isə 21 alkoqol vahidinə bərabədir. Müvafiq olaraq bu miqdar qadınlar üçün 1220 ml qırmızı şərab deməkdirsə, kişilər həmin risk həddi ilə həftədə 4 litr pivə içdikdən sonra üzləşirlər.

Həkimlər xəbərdar edir ki, qeyd olunmuş miqdarda alkoqolun qəbulu qaraciyər və ürək xəstəliyi, xərçəng və psixi pozğunluqların riskini xeyli dərəcədə artırmış olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir