Çox kitab oxuyan insanların digərlərinə nisbətən niyə daha uğurlu olduqlarını bilmək istəyirsiniz? Elə isə Aile.lent.az-ın bu yazısına göz atın.
Deyirlər ki, kiçik yaşlardan etibarən çox kitab oxumaq həyatda daha uğurlu olmamızın təminatıdır. Bəs çox kitab oxuyan insanlar hansı xüsusiyyətlərə malik olur?
Yüksək diqqət qabiliyyətləri var. Uzun müddət qarşısındakı işə diqqətlərini cəmləşdirə bilirlər. Necə ki həvəsli oxucular kitabı axıra kimi oxumağa çalışarlar.
Hədəfləri olur. Oxucular nə vaxt əllərinə yaxşı bir kitab keçsə, hədəf təyin edərlər. Uğurlu insanlar da həyatlarında hər zaman bir hədəf təyin edər və buna çatana kimi çalışarlar.
Vaxtlarını ağıllı şəkildə sərf edərlər. Oxucular başqa işi görə bilmək üçün 20 dəqiqə sərf etməz və axıra kimi oxumağa davam edərlər. Uğurlu insanlar da vaxtlarını düzgün qiymətləndirər, bir şey öyrənmək üçün hər fürsəti dəyərləndirərlər.
Perspektivə sahibdirlər. Uğurlu insanlar hər vəziyyətə fərqli yöndən baxa bilirlər. Çünki müxtəlif məzmunlu bədii əsərlər oxuyublar. Özlərini başqa insanların yerinə daha rahat qoya bilirlər.
Mütəfəkkirdirlər. Oxuduqlarını yansıtmağı bilirlər. Məhsuldar olmaq çoxlu söz oxumaq deyil, kəlmələrin altında yatan mənanı dərk etməkdir. Kitab oxuyanlar qarşısında duran hər kəlmənin həyatlarını necə dəyişəcəyinin fərqində olurlar.
Onların yazma və danışma bacarıqları da yaxşı inkişaf edir.
Hafizələri güclüdür. Hədsiz məlumat potensialına məxsusdurlar. Uğurlu insanlar öyrənməyə davam edər və hafizəni inkişaf etdirərlər.
Gümrah qalmağı bilirlər. Həvəsli oxucular beyin əzələlərinin də çalışdırılmasının vacibliyini duyurlar. Hər gün fiziki idmanla məşğul olmaqla yanaşı kitab oxumaqla zehinlərini yeni tutarlar.
Təhsilli və məlumatlıdırlar. Əllərinə kitab aldıqlarında ilk məqsədləri onu bitirmək deyil, bir şey öyrənmək olur.
Rahatlamaq üçün oxuyurlar. Dincəlmək üçün hansısa filmə də baxa bilərlər. Ancaq kitab oxumaq televizor izləməkdən daha məhsuldar olur.