Aile

Çoxuşaqlılıq adamı çox yaşadır – ARAŞDIRMA

Baxış sayı: 1. 419

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi olan ananın ömrü digər anaların ömründən daha çoxdur.

Avstraliyada aparılan araşdırmaya görə, 6 və ya da daha çox sayda uşağı olan qadınlar yüzdə 40% daha az ölüm riski daşıyır. Araşdırmanın rəhbəri olan Yeni Cənubi Uels Universiteti professoru Leon Simons bildirib ki, “qadınları 6-dan çox uşaq sahibi olun deyə təşviq etməsək də, görünən budur ki, çoxuşaqlı analar ən azı bir uşağı olan həmcinslərindən daha çox yaşayır”.

ABŞ mətbuatında yer alan araşdırma isə 1988-ci ildən etibarən, 60 yaşdan böyük olan 1500 qadın və 1200 kişini əhatə edib. Gəlinən nəticəyə görə, uşağı olmayan qadınlara nisbətlə iki uşağı olan qadınlar yüzdə 17, üç uşağı olan qadınlar yüzdə 20 daha az ölüm riski daşıyır. Uşaq sayı artdıqca anaların ölüm riski azalmağa davam edir. Bu vəziyyətin səbəbinin hələ tam olaraq açıqlanmadığını bildirən Simons, eyni tapıntılara başqa ölkələrdə də rast gəlindiyini bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir