Çuğundurun bilmədiyimiz faydaları

Baxış sayı: 2. 341
Tərkibində mineral duzlar,  vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr olan çuğundur insan orqanizmi üçün çox faydalıdır. Çuğundurun faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını alır. Tərkibindəki maqnezium sayəsində təzyiqin aşağı salınmasına kömək edir. Qalxanabənzər vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır.
Çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir. A, B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox yararlıdır. Bəzi ölkələrdə onu “qan meyvəsi” adlandırırlar. Bu da səbəbsiz deyil. Kök şirəsi ilə qarışdırılan çuğundur şirəsi qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.
Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir. Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır. Çuğundur şirəsi təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur şirəsi təzyiqi aşağı salır. Müntəzəm olaraq  bu tərəvəzdən istifadə edən insanların təzyiqi nizamlanır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir