Çuğundur qan təzyiqini salmağa kömək edən və bağırsağın mikroflorasını yaxşılaşdıran ən ucuz vasitələrindən biridir. Onun tərkibində böyük miqdarda təbii nitratlar – damar divarını rahatlaşdıran və koronar arteriyaları genişləndirən maddələr var.
Bu maddələrin damarlara təsiri nəticəsində qan təzyiqi düşür, qan keçiriciliyi yaxşılaşır.
Həkimlər hesab edirlər ki, hipotenziv vasitə kimi çuğundur şirəsi xüsusilə faydalıdır. Müəyyən edilib ki, çuğundur şirəsi qəbul edən insanlarda qan təzyiqi normallaşır. Bu təsir çuğundurun və ya onun şirəsinin mütəmadi olaraq qəbulunun dayandırılmasından sonra üç aya qədər davam edir.
Çuğundurun daha bir faydalı xüsusiyyəti: meyvəköklünün qəbulu əzələlərin vəziyyətini yaxşılaşdırır. Bundan başqa, tərəvəz bağırsağın vəziyyətini möhkəmləndirir – onun lifləri bağırsaq florasında yaxşı bakteriyaların səviyyəsini artıran prebiotik rolunu oynayır.
Çuğundurun tərkibində bağırsaqlarda qısa zəncirli yağ turşularının səviyyəsini artıran betalainlər və fenolik maddələr də var. Bunlar iltihabı azaltmağa və immuniteti gücləndirməyə kömək edir.